DÇ 2014: Braziliya və Rusiya xal itirdi, Belçika qalib gəldi

09:14 | 18.06.2014
DÇ 2014: Braziliya və Rusiya xal itirdi, Belçika qalib gəldi

DÇ 2014: Braziliya və Rusiya xal itirdi, Belçika qalib gəldi

Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir.Qol.Az-ın məlumatına görə, bu gün daha 3 qarşılaşma keçirilib.H qrupunun ilk oyununda Belçika və Əlcəzair yığmaları üz-üzə gəlib. Belçika millisi matçın 25-ci dəqiqəsində hesabda 0:1 geri düşməsinə baxmayaraq, yekun hesabda 2:1 hesablı əzmkar qələbə qazanıb. Qrupun digər matçında Rusiya və Cənubi Koreya milliləri münasibətlərinə aydınlıq gətiriblər. Görüşdə tərəflər hərəyə bid dəfə fərqlənib - 1:1.A qrupunda bir oyun keçirilib. İlk turda qələbə qazanan Braziliya və Meksika yığmaları qarşılaşıb. Görüşdə hesab açılmayıb.  17 İYUNH qrupu03:00. Rusiya - Cənubi Koreya - 1:1Qolllar: Lii, 68 (0:1), Kerjakov, 74 (1:1)21:00. Belçika - Əlcəzair - 2:1 Qollar: Feghouli, 25-pen (0:1), Fellaini, 70 (1:1), Mertens, 80 (2:1) A qrupu00:00. Braziliya - Meksika - 0:0ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM