DÇ-2022 Qətərdən ABŞ-a keçə bilər

21:00 | 13.06.2014
DÇ-2022 Qətərdən ABŞ-a keçə bilər

DÇ-2022 Qətərdən ABŞ-a keçə bilər

Qətərdə keçirilməli olan 2022-ci il futbol üzrə dünya çempionatı ABŞ-da təşkil oluna bilər. Trend "RBK"ya istinadən xəbər verir ki, bu barədə ispan jurnalist Xorxe Ramos öz "Tvitter" səhifəsində yazıb.Onun məlumatına görə, FIFA təcili qaydada ABŞ Futbol Federasiyasına yarışı keçirməsi ehtimalı ilə əlaqədar hazırlığa başlamaqla bağlı müraciət edib.2022-ci ildə çempionatın keçirilməsi hüququ Qətərə etibar edilmişdi. Ancaq ingilisdilli mətbuatda son vaxtlar belə bir versiya daim səsləndirilir ki, FIFA İcraiyyə komitəsinin üzvləri səsvermədən əvvəl Qətər tərəfindən ələ alınıblar.Bu halda DÇ-nin təşkilatçı ölkəsi seçimlərində Qətərin rəqibi məhz ABŞ idi.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM