Daha 2 şadlıq evi satışa çıxarıldı – QİYMƏTLƏR

23:20 | 15.02.2017
Daha 2 şadlıq evi satışa çıxarıldı – QİYMƏTLƏR

Daha 2 şadlıq evi satışa çıxarıldı – QİYMƏTLƏR

İqtisadi böhran toy biznesindən yan keçməyib. Son zamanlar paytaxtımızda satışa çıxarılan şadlıq evlərinin sayı artır.

Fins.az-ın araşdırmasına görə, indi Bakının 2 məşhur şadlıq sarayı satışa çıxarılıb.

Söhbət Yasamal rayonunda yerləşən "Filiz" Şadlıq Sarayı və 8-ci kilometrdəki "Şərq Saray"dan gedir.

Məlumata əsasən, ümumi sahəsi 18 sot olan "Filiz" şadlıq sarayı "Quzu" restoranı ilə birlikdə satılır. Şadlıq evinin qiyməti 4 milyon 800 min manatdır. İndi carədə olan "Filiz" sahibinə ayda 25 min manat gəlir gətirir. 

"Şərq Saray" ı da hazırda fəaliyyət göstərir. Ümumi sahəsi 65 sot olan şadlıq evinin qiyməti öncəki şadlıq sarayından 3 dəfə daha artıqdır – 12 milyon manat.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb