Daha bir azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb- Gürcüstanda

14:36 | 03.08.2020
Daha bir azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb- Gürcüstanda

Daha bir azərbaycanlının deputatlığa namizədliyi irəli sürülüb- Gürcüstanda

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyası majoritar deputatlığa namizədlərinin siyahısını açıqlayıb.

Anews.az xəbər verir ki, Marneuli-Qardabani dairəsi üzrə namizəd kimi partiyanın Marneuli nümayəndəliyinin rəhbəri Əhməd İmamquliyev təqdim olunub.

Partiya bu gündən seçki kampaniyasına start verdiyini də elan edib.

Qeyd edilib ki, qonşu ölkədə parlamentə seçkilər oktyabrın 31-nə təyin olunub. Seçicilər 30 deputatı majoritar, 120-ni isə proporsional sistem üzrə seçəcəklər.
İndiyədək Marneuli-Qardabani dairəsi üzrə yalnız hakim Gürcü Arzusu Partiyası majoritar namizədini təqdim edib. Partiyadan bu dairədə Marneulinin hazırkı meri Zaur Darğallı deputat mandatı uğrunda mübarizə aparacaq. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb