Daha bir karikatura jurnalına hücum edildi

13:45 | 12.01.2015
Daha bir karikatura jurnalına hücum edildi

Daha bir karikatura jurnalına hücum edildi

Almaniyada "Charlie Hebdo" jurnalının karikaturalarını dərc edən nəşrin redaksiyasına hücum edilib.

ANN.Az-ın "Euronews.com"a istinadən verdiyi xəbərə görə, dünən "Hamburger Morgenpost" qəzetinin binasına hücum edərək, yanğın tərətmək istəyən iki şübhəlini polis yaxalayıb. 

Hücum zamanı binanın içində heç kim olmayıb. 

Parisdə "Charlie Hebdo" satirik jurnalının redaksiyasına basqın edilib 12 nəfər qətlə yetiriləndən sonra Almaniya daxil, dünyanın bir çox ölkələrinin nəşr orqanlarında həmrəylik nümayiş etdirilib. Almaniyanın bir çox jurnalları İslam peyğəmbərinin karikaturalarını əks etdirən təsvirlər çap ediblər. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb