Daha iki yeni elektron xidmət istifadəyə verildi

11:05 | 13.12.2013
Daha iki yeni elektron xidmət istifadəyə verildi

Daha iki yeni elektron xidmət istifadəyə verildi

“Elektron hökumət” portalında daha iki yeni elektron xidmət istifadəyə verilib. ANS PRESS-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yeni təqdim edilən xidmətlər Səhiyyə Nazirliyi tərəfindən göstərilir. Bu xidmətlərə “Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu” daxildir.Qeyd edək ki, “Elektron hökumət” portalı vətəndaşların evdən və ofisdən çıxmadan elektron qaydada lazımi xidmətlərdən yararlanmasına imkan yaradır, onların işini asanlaşdırır, eləcə də şəffaflığı təmin edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb