Daha iki yüksək vəzifəli şəxs işdən çıxarıldı

20:16 | 05.03.2020
Daha iki yüksək vəzifəli şəxs işdən çıxarıldı

Daha iki yüksək vəzifəli şəxs işdən çıxarıldı

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2 müavini işdən çıxarılıb.

Anews.az xəbər verir ki, bununla bağlı Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səmədov Əslan Əflan oğlu və müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Yunuslu Zeynab Nüsrət qızı, həmçinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Paşayev tutduqları vəzifədən azad ediliblər. (APA)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM