Dahi türkmən şairinin 290 illiyi qeyd olundu

23:36 | 22.04.2014
Dahi türkmən şairinin 290 illiyi qeyd olundu

Dahi türkmən şairinin 290 illiyi qeyd olundu

2014-ci il aprelin 15-də Taras Şevçenko adına Kiyev milli universitetində Türkmənistanın dahi şairi və mütəfəkkiri Məxdumqulu Fəraqi 290 illiyi çərçivəsində “Türkmənistan -Ukrayna mədəni münasibətləri" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Bu haqda ANNET.Az-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.
Konfrans çərçivəsində Ukrayna ictimai xadimi Pavel Movçanın müəllifi olduğu “Məxdumqulu Fəraqi. Poeziya” toplusunun Ukrayna dilində bədii nəşrinin təqdimatı keçirilmişdir. Bununla yanaşı Fəraqi poeziyasına dair bir çox dillərə tərcümə olunmuş kitabların sərgisi də təşkil edilmişdir.
 
Səfir Eynulla Mədətli tədbirdə çıxış edərək Məxdumqulu Fəraqinin həyat və poeziyası barədə danışmış, onu bütün türk dünyasının dahi mütəfəkkiri, türkmənlərin "mənəvi atası" kimi ətraflı xarakterizə etmişdir. 
ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb