"Dalğa Beach-Aqua Park"a press-tur təşkil olundu" - FOTOLAR

18:15 | 04.06.2016

"Dalğa Beach-Aqua Park"a press-tur təşkil olundu" - FOTOLAR

Yeni mövsümə hazırlıqlarını baş çatdıran "Dalğa Beach-Aqua Park” istirahət mərkəzi yerli TV, online media nümayəndələri və məşhur bloggerlər üçün press-tur təşkil edib.

ANN.Az  xəbər verir ki, "Dalğa Beach-Aqua Park” PR meneceri Ləman Əsgərova press-tur iştirakçılarını istirahət mərkəzindəki yeniliklərlə tanış edib.

PR menecerinin sözlərinə görə, yüksək səviyyədə həyata keçirilən və uğurla yekunlaşdırılan hazırlıqların ən diqqət çəkən məqamı istirahət məkanının dənizkənarı çimərlik zonasına yeni lacivərt qumun gətirilməsidir: "Bununla da "Dalğa Beach-Aqua Park”da qonaqlar üçün ümumi dənizdən istifadə zamanı daha fərqli imkanlar yaradılıb. Bundan başqa, əvvəlki ildən fərqli olaraq, istirahət məkanının dənizə baxan hissəsində 2 yeni hovuz tikilib. Bura istirahətə gələnlər hovuzun içərisində əyləşərək dənizin gözqamaşdıran mənzərəsini seyr edə-edə dincələ biləcəklər. Yeni hovuzların sayəsində "Dalğa Beach-Aqua Park” ərazisi daha da genişlənib. Mərkəzdəki "Night club" artıq ötənilki kimi deyil, yeni mövsümdə "Xoxo karaoke club" olaraq fəaliyyət göstərəcək. Bu klub istirahətini maraqlı və yaddaqalan keçirmək istəyənlərin ən çox seçdikləri məkanlardan biridir. Eyni zamanda, istirahət məkanının ərazisində müəyyən kosmetik dəyişikliklər də aparılıb. Qonaqların ümumi ərazidə əlavə xidmətlər almaq istədikləri yerlər daha da genişlənib". 

L.Əsgərova bildirib ki, istirahət məkanının bəzi restoranların ümumi quruluşunda və xidmət göstərmə üslubunda dəyişikliklər edilib: "Belə ki, "Kabab evi” və "Pull bar"dan ötən il yalnız qızmar havada istifadə etmək mümkün idi. Lakin restoranın kənarlarının bağlanması üçün şüşə qatının olmaması səbəbindən soyuq havada fəaliyyəti məhdudlaşırdı. Hazırda həmin restoranların ətrafı cam balkonla örtülüb. Yəni həmin məkanlardan soyuq havada da istifadə etmək mümkün olacaq". 

""Dalğa Beach-Aqua Park”ın diqqətçəkən məkanlarından olan "Mayak" restoranı isə yeni üslubda işləyəcək. Bu il restoranda tanınmış "Jazz Center” fəaliyət göstərəcək. Orada qonaqları həftənin beş günü hər axşam canlı jazz musiqisi gözləyir. Eyni zamanda "Pool bar”-da hər gün canlı musiqi və DJ, "Xəzri” restoranında və "Xoxo karaoke club”-da isə həftəsonu canlı musiqi olacaq. "Pool bar” və "Yelkən” restoranları həftənin bütün günləri, "Xoxo karaoke club” isə hər gün saat 18:00-dan 06:00-dək işləyəcək" – deyə mərkəzin meneceri əlavə edib.

L.Əsgərova qeyd edib ki, balaca qonaqlar üçün şən animatorlar hər gün uşaq zonasının ətrafında olacaq: "Bu il keçən ildəki kimi "Sevimli bala” uşaq klubu fəaliyyət göstərəcək. Bu il gözəllik salonu və spa-mərkəz olan "Kepro” da "Dalğa Beach-Aqua Park”ın ərazisində fəaliyyət göstərəcək".

Menecer bildirib ki, qonaqların rahatlığı üçün yeniliklərini davam etdirən istirahət mərkəzi daha rahat və yüksək xidmət göstərmək üçün müasir texnologiyaların ən son nailiyyətlərindən maksimum faydalanır: "Dalğa Beach-Aqua Park” bu yenilikləri edərkən ötən il istirahətini burada keçirən qonaqların istək və arzularını əsas götürüb, onların təkliflərini maksimum səviyyədə reallaşdırmağa çalışıb. Həyata keçirilən yeniliklər nəticəsində istirahət məkanının xidmət sferası ən son texnologiya və avadanlıqlarla təchiz olunub. "Dalğa Beach-Aqua Park”da bu il üçün qəbul prosesi sürətləndirilib. Artıq növbədə gözləmə halları olmayacaq. İstirahət mərkəzi müştəriləri qısa vaxt ərzində qeydiyyata ala biləcək. Qonaqlara verilən qolbaqlar vasitəsilə həm paltarların qoyulması üçün rəflərin seçilməsi, həm də ərazi də ödənişlərin olunması ötən illə müqayisədə çox ciddi fərqlə daha üstün şəkildə qurulub. İstirahət mərkəzində insanlara rəflərin nömrəsi əvvəlcədən verilməyəcək. Qonaqlar sərbəst şəkildə istədikləri rəfi seçə biləcəklər”.

L.Əsgərova vurğulayıb ki, ən çox diqqət çəkən məqam isə əksər istirahət mərkəzlərində bu mövsüm qiymət artımının olmasına baxmayaraq, "Dalğa Beach-Aqua Park”da qiymətlərin ötən mövsüm olduğu səviyyədə qalmasıdır: "Digər gözəl aksiya ondan ibarətdir ki, "Dalğa Beach-Aqua Park”da iyun ayının 15-dək hər kəs üçün giriş pulsuz olacaq, aksiya bitdikdən sonra isə köhnə qiymətlərlə fəaliyyətini davam etdirəcək. Buranı seçənlər istirahət məkanında həyata keçirilən və insanı heyrətləndirən bəzi yeniliklərində canlı şahidi olacaqlar".
 















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb