Daşkəsəndə güclü partlayış: ana və oğlu yaralandı

17:18 | 10.12.2014
Daşkəsəndə güclü partlayış: ana və oğlu yaralandı

Daşkəsəndə güclü partlayış: ana və oğlu yaralandı

Daşkəsən rayonunda baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, hadisə rayonun Alünitdağ qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1969-cu il təvəllüdlü Sevil Bayramova hamamda qaz sobasını yandırmaq istəyərkən partlayış olub. S. Bayramova və 2006-cı il təvəllüdlü oğlu Elcan Həsənov yanıq xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan APA-ya onların vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, partlayış baş verən ev yararsız hala düşüb.
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM