Daşqınlar nəticəsində 12 nəfər həlak oldu

11:17 | 04.06.2016
Daşqınlar nəticəsində 12 nəfər həlak oldu

Daşqınlar nəticəsində 12 nəfər həlak oldu

Amerikanın Texas ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Onlardan 5-i hərbçidir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, yağışlar səbəbindən Fort-Bend dairəsində Brazos çayında suyun səviyyəsi son 100 ildə ən yüksək həddə çatıb.

Hökumət onun sahilində yerləşən iki şəhərin bir neçə rayonunu təxliyə etmək məcburiyyətində qalıb. Bir neçə min insan öz evini tərk edib.

Pis hava şəraiti səbəbindən Dallas və Hyuston aeroportlarında 150-dən çox reys təxirə salınıb. Yerli hakimiyyət dairələri üç həbsxananın dustaqlarını təxliyə edib. Bu istirahət günləri Texasın şərq hissəsində güclü yağışların davam edəcəyi proqnozlaşdırılır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM