Davutoğlu: "Türkiyə üzr istəməyəcək"

13:47 | 31.12.2015
Davutoğlu:

Davutoğlu: "Türkiyə üzr istəməyəcək"

"Rəsmi Ankara Türkiyə sərhədini pozduğu üçün vurulan Rusiya hərbi təyyarəsi üçün heç kimdən üzr istəməyəcək".
 
"Report" xəbər verir ki, bunu Baş nazir Əhməd Davutoğlu NTV telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hər bir hökümət başçısının əsas vəzifələrindən biri - dövlət sərhədlərinin toxunulmazlığını təmin etməkdir.

"Biz, hələ 2012-ci ilin iyun ayında sərhədlərin müdafiəsi ilə bağlı lazımı qərarları qəbul etdik. Bu qərara əsaslanan Hərbi Hava Qüvvələri Komandanlığı da müvafiq əmr verib. Əyər pilotlar əmrə itaət etməsəydi cinayət törədərdi", - deyə Davutoğlu vurğulayıb.

O, qeyd edib ki, Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalardan hər iki dövlət zərər görəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb