Daxildən baxış: Milli portret qalereyasıREPORTAJ

18:31 | 02.09.2015
Daxildən baxış: Milli portret qalereyası – REPORTAJ

Daxildən baxış: Milli portret qalereyasıREPORTAJ

Rüstəm Qasımov

Bu gün biz sizinlə dünya mədəniyyət xəzinəsinin ən gözəl incilərinin toplandığı məşhur qalereyalardan birinə səyahət edəcəyik. Əsası 1856-cı ildə qoyulan qalera dünyanın ilk portret qalereyasıdır, burada yağlı boyayla çəkilmiş tablolar, miniatürlər, rəsmlər, büstlər və fotolar sərgilənir. Yarandıqdan sonra ilk 40 il ərzində qalereya tez-tez mənzilini dəyişdirməli olub, ancaq 1886-cı ildən o, Trafalqar meydanının yaxınlığındakı Çarinq-Kross metro stansiyasının yanındakı binada yerləşir. Bu Dumanlı Albionun ən mərkəz bölgəsidir. Yeni mənzilə köçmək məşhur xeyriyyəçi Uilyam Henri Aleksandrın sayəsində mümkün olub, o, San Martin meydanındakı qalereyanın yeni binasının tikintisinə xeyli miqdarda vəsait sərf edib. Florensiya renessansı üslubunda tikilmiş binanın memarı isə Evan Kristiandır.
Sonradan bina iki dəfə genişləndirilib. Bu prosesin təşkilatçısı xeyriyyə təşkilatlarından biri olub, yeri gəlmişkən təşkilat indi də fəaliyyət göstərir. Böyük Britaniyanın məşhur siyasətçiləri, yazıçıları və rəssamları bu fondda təmsil olunurlar.
 


Yarandığı ilk gündən Milli portret qalereyası ictimaiyyətə açıq şəkildə fəaliyyət göstərir, burada hər kəs gəlib incəsənətdən zövq ala bilər. Qalereyanın yaradılması ideyası Britaniya parlamentinin üzvü, ədəbiyyatçı və əntiqçi qraf Filip Henri Stenhoupa məxsusdur. Ancaq bu sənət məbədini açmaq heç də asan başa gəlməyib. O, 10 il bunun üçün mübarizə aparıb, yalnız üçüncü cəhddən sonra ümumi palata Kraliçanın razılığıyla layihə üçün pul ayırmaq qərarına gəlib. Tarixçi və siyasətçi Tomas Makoley Babinqton və filosof Tomas Karleyl də Stenhoupla bu məsələdə birgə çıxış ediblər. Ona görə də bu üç dahi ingilisin qalereyanın gişirişində büstləri qoyulub. Ekzpozisiyanın yaradılması çox uzun zaman alıb. İlk dəfə eksponatların böyük əksəriyyətini şəxsi kolleksiyaçıların portretləri, tanışların hədiyyələri təşkil edib. Qalereyanın ilk portreti Şeksprin məşhur portreti (The Chandos portrait) olub, bu dahi dramuturqun sağlığında çəkilən ən məşhur şəkillərindən biridir.
 


Qalereyanın kolleksiyalarına müxtəlif texnikalarda işlənmiş 11 min portret daxildir: 4 minə yaxını şəkil, heykəl və miniatür, qalan 7 mini isə qrafik listlərdir. Burada Uilyam Hogart, ser Coşua Reynoldsun avtoportretləri, Tomas Kromvelin və III Riçardın təsvirləri, Kraliça Viktoriyanın və şahzadə Albertin orta əsr qiyafələrindəki heykəlləri mövcuddur.
 




Qeyd edim ki, Milli portret qalereyasında "ölkə üçün əhəmiyyətli və məşhur britaniyalıların” portretləri sərgilənir, ancaq britaniyalıların. Siz orada başqa ö
lkələrdən olan şəxslərin portretlərini görməyəcəksiniz, ancaq müxtəlif sahələrdə fəaliyyət göstərən britaniyalıların şəkillərini böyük miqyasda görə biləcəksiniz. Qalereyadakı kolleksiyalara baxarkən, ziyarətçilər son iki yüz ildəki bütün britan yazıçıların, rəssamların, elm adamlarının və bəstəkarlarının, əksər britan monarxlarının, siyasətçilərinin və digərlərinin şəkillərini görə biləcəklər.
 




Qalereyada Ceyn Ostinin sağlığında çəkilən rəsmi (həvəskar rəssam bacısı çəkib), Bronte bacılarından Şarlottanın ("Ceyn Eyr” kitabını yazan), Anna və Emilinin yeganə rəsmləri sərgilənir. Bir sözlə, qalereyanın çoxsaylı zallarında gəzərkən, siz məşhur britaniyalıların bir-birindən maraqlı şəkillərini kəşf etdikcə, heyrətlənəcəksiniz.
 



Qeyd etmək yerində düşər ki, əksər Britaniya muzeyləri kimi Milli Portret Qalereyası da özünün nəhəngliyi ilər seçilir, onu bir gün ərzində gəzib qutarmaq mümkün deyil. Yeri gəlmişkən, sənət məbədinə giriş pulsuzdur, ancaq ürəyi istəyən muzeyə müəyyən miqdarda bəxşiş verə bilər.
Ziyarətçilərin və ziyarət etmək istəyənlərin sayı hədsiz çoxdur. Onların çoxu özləriylə birlikdə audio-bələdçi götürürlər, zaldan zala daxil olduqca, bələdçi onlara porterlərlə daha yaxından tanış olmağa imkan yaradır.
 





 
Səyahətə sonuncu mərtəbəyə daxil olmaqla da başlamaq mümkündür. Xüsusilə bunun üçün eskalatordan istifadə etmək olar.

 


 
Hər şey Britan sülalasi Tüdorlarla başlayır. Portretlər zallarda elə paylaşdırılıb ki, portretlərdə təsvir olunanlar Tüdorların zamanından etibarən mövcud olub. Modellər toplanarkən əsərlər bəddi dəyərinə görə deyil, tarixi-mədəni əhəmiyyətinə görə seçilib. Bununla əlaqədar olaraq, hələ yaşamaqda olan britaniyalıların şəkillərinin qalereyaya qoyulmaması ilə bağlı 1969-cu ildə qərar çıxarılıb. Britan monarxlarının və yaxınlarının portretlərini əsasən Holbeyn, Rubens və Van Deyk kimi rəssamlar çəkib.
 

 
Bütün rənglərdə Britaniya monraxları
 

Qeyd edim ki, Milli qalereyada daimi kolleksiyalarla yanaşı, müntəzəm olaraq məşhur fotoqraf və rəssamların sərgiləri də keçirilir və çoxlu ziyarətçi auditoriyası cəlb edir. Bundan baxşqa, qalereyada yeni portretlər də görmək olar. Məsələn, qalereya Kembric hersoginyasının özünün dəqiq fotoqrafik üslubdakı şəkilləriylə məşhur olan rəssam Pol Emslidən ilk dəfə rəsmən xahiş etdiyi rəsmi sərgiləyir. Bu şəkil məndə böyük maraq oyatdı. Keyt Midltonun xahişiylə Emsli onun şəklini qeyri-rəsmi formada, onun statusunu qeyd etmədən çəkib.
 


Hersoginya rəssam axtarışında olub və 2007-ci ildə Britaniya portret mükafatının qalibi olan Emslini seçib. Hersoginya iki dəfə Emsli üçün pozada durub, sonra isə rəssam onun başqa fotolarını da incələməklə 3.5 ay ərzində şəklini çəkib.

Deyilənlərə görə, Keyt Midlton rəsmdən razı qalıb, ancaq bəzi tənqidçilər rəssamın işini bəyənməyiblər.

Muzeydə demək olar ki, bütün zallarda mövcud olan büstlər və heykəllər də ziyarətçilərin rəğbətinə səbəb olur.

Bir sözlə, əgər Londonda olsanız, mütləq Milli portret qalereyasına baş çəkin, burda gördüklərinizi bütün ömrünüz boyunca unutamayacaqsınız.

Elm, təhsil, mədəniyyət və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı oxucularını təkcə paytaxtımızda baş verən mədəni hadisələrlə deyil, xarici ölkələrdə baş verən incəsənət yenilikləri və məkanlarıyla tanış etməkdə davam edir.

Xoş seyrlər:
 



































































































 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM