Dəhşətli yanğının görüntüləri ortaya çıxdı - FOTOLAR

18:41 | 11.06.2015
Dəhşətli yanğının görüntüləri ortaya çıxdı - FOTOLAR

Dəhşətli yanğının görüntüləri ortaya çıxdı - FOTOLAR

Ukrayna paytaxtı Kiyev yaxınlığındakı yanacaq deposunda həftənin bazar ertəsi günündən başlayan və hələ də tamamilə söndürülməyən nəhəng yanğın hadisəsinin fotoları ortaya çıxıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, 4 nəfərin ölümünə səbəb olan depoda 14 min ton civarında neft məhsulları saxlanılırmış.

Hazırda yanğın səbəbilə paytaxt Kiyevin havasının çirklilik dərəcəsi hissolunacaq dərəcədə artıb. Kiyev bələdiyyəsinin sədri Vitaliy Kliçko şəhərin küçə və prospektlərinin gecə-gündüz yuyulmasına dair göstəriş verib.

Bundan əlavə bələdiyyə alergiyası, nəfəq yollarında problemi olan və ürək xəstəlikərindən əziyyət çəkənlərin açıq havada qalmaması elanı verib. Ölkənin daxili işlər naziri Arsen Avakov yanğının dayanması üçün neft məhsullarınını tamamilə yanıb qurtarmasını gözlədiklərini bildirib.

Təhlükəsizlik məqsədilə yanğınını yaxınlığındakı kəndlərin sakinləri başqa yerlərə təxliyyə ediliblər. 
















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM