Del Boske: "Mundialla erkən vidalaşmağı haqq etdik"

13:12 | 19.06.2014
Del Boske: "Mundialla erkən vidalaşmağı haqq etdik"

Del Boske: "Mundialla erkən vidalaşmağı haqq etdik"

"Çili ilə görüşdə rəqibdən yaxşı oynamadıq. Buna görə də mundialı erkən tərk edəcəyik. Hadisələr gözlədiyimiz kimi olmadı. Komandamı müxtəlif dövrlərdə oynayan İspaniya yığması ilə müqayisə etmək istəmirəm".

Qol.Az-ın məlumatına görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Visente del Boske "DÇ-2014"də Çili ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandasının dünya çempionatı ilə erkən vidalaşmağı haqq etdiyini bildirib: "Komandanın dünya çempionatına yaxşı hazırlaşmadığı fikri ilə razı deyiləm. Biz yaxşı hazırlıq keçdik və əla forma yığmışdıq. Ancaq alınmadı. Düşünürəm ki, Hollandiyaya acı məğlubiyyət çiyinlərimizə ağır yük qoydu. Çili bizimlə müqayisədə daha aqressiv oynadı. Bu işimizi çətinləşdirdi. İkinci hissədə daha yaxşı oynasaq da, bəxt bizim tərəfimizdə olmadı. Dünya çempionatı ilə erkən vidalaşmağı haqq etdik. Xarakter nümayiş etdirmək istədik, bunun üçün irəli atıldıq. Lakin son anda lazımi zərbəni vura bilmədik. Əgər məğlub olursansa, deməli daha çox işləməlisən".

Qeyd edək ki, "DÇ-2014"dəki ikinci matçında Çiliyə 0:2 hesabı ilə məğlub olan İspaniya qrupdan çıxmaq şansını tamamilə itirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM