Deputat: Bu layihə Azərbaycana milyardlar gətirəcək

15:24 | 05.10.2016
Deputat: Bu layihə Azərbaycana milyardlar gətirəcək

Deputat: Bu layihə Azərbaycana milyardlar gətirəcək

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı milyardlarla gəlir gətirəcək.

ANN.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması nəqliyyat sahəsində böyük bir layihədir ki, bu da Azərbaycanda ilk azad ticarət zonasının yaradılmasına imkan verəcək.

Deputat qeyd edib ki, bu layihə müəyyən edilmiş qaydada işləsə, artıq 2018-2019-cu illərdə öz bəhrəsini verəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb