Deputat döyülən uşaqdan danışdı

15:15 | 12.06.2018
Deputat döyülən uşaqdan danışdı

Deputat döyülən uşaqdan danışdı

Ölkədəki bağçaların birində tərbiyəçinin uşağı döyməsi barədə görüntülər yayılıb. İki gündür hadisə baş verib, lakin rəsmi reaksiya yoxdur. Bəlkə, heç belə hadisə baş verməyib, təxribatdır? Bu hadisə İsraildə baş versəydi, çoxdan ictimaiyyət ayağa qalxmışdı.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, bağçalara işə qəbul edilən şəxslərin psixoloji hazırlığı əsas götürülməlidir:

"Əgər belə bir hadisə baş veribsə, bu, vəhşilikdir. Bağçadakı tərbiyəçinin harada, necə hazırlanması çox vacibdir. Normal ailəsi olmayan birinin bağça, məktəb rəhbərliyinə gətirilməsi yolverilməzdir. Bu bizim uşaqların gələcəyidir. Bu qurumlara qəbul edilən uşaqların psixoloji hazırlığı əsas götürülməlidir. Yaponiyada uşaq bağçalarındakı tərbiyəçilərin hamısı kişidir. Dəqiq bilmirəm səbəb nədir. Bəlkə, biz də sosioloji araşdırmaları nəzərə alıb, tədbirlər görək”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM