Deputat YAP-çıların sayı bəlli oldu

09:04 | 02.11.2015
Deputat YAP-çıların sayı bəlli oldu

Deputat YAP-çıların sayı bəlli oldu

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Milli Məclisə seçkilərdə 125 yerin 71-ini Yeni Azərbaycan Partiyasından (YAP) olan namizədlər qazanıb.

ANN.Az azadliq.org-a istinadən xəbər verir ki, 39 nəfər bitərəf namizəd seçkidə qalib olub. Parlamentə düşən partiyalar arasında BAXCP, ADİSP, BQP, MDHP, VHP, ASRP, Vəhdət, VBP namizədləri var. «Azadlıq 2015» blokundan olan namizədlərin heç biri ilkin nəticələrə dair siyahıda yoxdur. Qalib namizədlərin böyük əksəriyyəti bundan öncəki dönəmdə deputat olmuş şəxslərdir. Yeni adlar sırasında isə Mətbuat Şurasının sədri Əflatun Amaşov, əməkdar rəssam Ülviyyə Həmzəyeva, «Kaspian Konsaltinq» şirkətinin hüquqşünası Elşad Həsənovu qeyd etmək olar.

Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçirilib. Milli Məclisə seçkilərdə 125 yer uğrunda 767 namizəd, 22 partiya mübarizə aparıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb