İyulun 3-də axşam saatlarında silahlı hücuma məruz qalaraq ağır yaralanan Gəncənin icra başçısı Elmar Vəliyevin yaxın adamı, deputat Naqif Həmzəyev həmkarı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalını sərt ittiham edib. O, bu barədə öz facebook səhifəsində status paylaşıb.
"Qafqazinfo” xəbər verir ki, həmin statusda deputat deyib ki, Fəzail Ağamalı dövlət məmuruna qarşı törədilən terror aktına münasibət göstərmək əvəzinə ”İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var?" deyir.
Xatırladaq ki, F.Ağamalı bir neçə gün əvvəl "Yeni Müsavat”a açıqlamasında E.Vəliyev barəsində bu sözləri demişdi: "Bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, Elmar Vəliyev istər Yevlaxda, istərsə də Gəncədə məmur olanda bu cür davranışlar edib. Bu barədə internet resurslarında yayılan videoları izləmək kifayətdir. Əlbəttə ki, bu, Azərbaycan məmuruna yaraşan davranış deyil, hansı ki, sonda bu cür olaylara gətirib çıxarır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !