Deputatlara smartfon qadağası

16:12 | 11.12.2013
Deputatlara smartfon qadağası

Deputatlara smartfon qadağası

Rusiya Dövlət Duması deputatların xarici ölkələrin istehsalı olan smartfonlardan istifadə etməsinə qadağa qoya bilər. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, deputatlara yerli “YotaFonlardan” istifadə etmək tövsiyə edilir. Rusiya qanunvericiləri və xüsusi xidmətlər orqanlarınınm nümayəndələri düşünürlər ki, xarici smartfonlardan istifadə edən deputatların danışıqları və mobil telefonda olan məlumatlar xarici ölkələrin kəşfiyyat orqanlarına ötürülə bilər. Rusiya Federasiya Şurası bu cür halların baş verməməsi üçün üç səviyyəli təhlükəsizlik tədbirləri tətbiq etməyi təklif edir. Birinci mərhələdə ancaq şifrə olunmuş rabitə istifadə olunmalı, sonradan yalnız sertifikatlaşdırılmış xidməti rabitə vasitələri tətbiq edilməlidir, sonda isə əməliyyat sistemində dəyişikliklər edilmiş istənilən mobil telefonlar istifadə oluna bilər. Qeyd edək ki, son zamanlar bir çox ölkələrin təhlükəsizlik orqanları tərəfindən xaricdə istehsal olunan smartfonlardan, xüsusilə “Apple” şirkətinin buraxdığı “iPhone” telefonlarından istifadə edənlərin məlumatlarının məxfiliyinin qorunması ilə bağlı narahatlıq bildirilib. Onların bildirdiyinə görə, həmin mobil telefonların istifadəçilərinin telefon danışıqları, məlumatları, yeni nəsil “iPhone” telefonların istifadəçilərinin barmaq izləri xarici kəşfiyyat orqanlarına ötürülür. Hətta ABŞ Prezident Administrasiyasının təhlükəsizlik xidməti ölkə başçısı Barak Obamanın “iPhone” telefonundan istifadə etməsinə qadağa qoyub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb