Dikerson Həzi Aslanovla birgə sığınacağa getdi - Foto

ABŞ Səfirliyinin müvəqqəti işlər vəkili Maykl Dikerson general Həzi Aslanovla birgə DİN-in İnsan alveri qurbanları üçün olan sığınacağına baş çəkib.

www.anews.az
Anews.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, onlar mərkəzin insan alveri qurbanlarına göstərdiyi xidmətləri və dünyada təqribən 25 milyon insanı əhatə edən məsələ ilə bağlı maarifləndirmənin zəruriliyini müzakirə ediblər:
"Yanvar ayı ABŞ-da İnsan Alverinin Qarşısının Alınması Ayı kimi qeyd olunur. Bu ay, insan alveri ilə bağlı məlumatlılığı artırır və bu cinayətin aşkar edilməsi və qarşısının alınması ilə bağlı ictimaiyyəti maarifləndirir”.

www.anews.az