Dindarlar futbol yarışmasında - Azərbaycanda

10:59 | 24.04.2014
Dindarlar futbol yarışmasında - Azərbaycanda

Dindarlar futbol yarışmasında - Azərbaycanda

Azərbaycanda dini icmalar arasında “Tolerantlıq Kuboku” uğrunda mini futbol turniri keçiriləcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitədə Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş “Tolerantlıq Kuboku” uğrunda ənənəvi mini futbol turnirinin püşkatma mərasimi keçirilib. Mərasimdə çıxış edən komitənin sədr müavini Gündüz İsmayılov bildirib ki, DQİDK-nın təşkilatçılığı və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə dini konfessiyalar arasında keçirilən bu yarış sadəcə futbol turniri deyil, eyni zamanda Azərbaycanın dünyaya örnək ola biləcək tolerantlıq modelinin əyani sübutudur. G. İsmayılov qeyd edib ki, bu cür tədbirlər dünya praktikasında eyni dini konfessiyaya mənsub icmalar arasında keçirilsə də, müxtəlif dinlərə mənsub icmalar arasında təşkil edilməsi yalnız Azərbaycanda baş tutub. Artıq ikinci ildir ki, keçirilən ənənəvi turnirin əhəmiyyətinə toxunan sədr müavini bu cür tədbirlərin dini icmalar arasında mövcud olan sağlam mühitin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Daha sonra turnirdə iştirak üçün vəsiqə qazanmış 16 komanda arasında püşkatma keçirilib. Püşkatmanın nəticələrinə uyğun olaraq aprel ayının 25-dən etibarən oyunlara start veriləcək. Qeyd edək ki, turnirdə ölkədə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmalarının komandaları iştirak edirlər. Turnirə may ayının əvvəlində yekun vurulacaq. Püşkatma nəticəsində qrupların tərkibi aşağıdakı kimi müəyyənləşib: "A" qrupu Süleyman (Xəzər)Müşfiqabad (Qaradağ)İmam Rza (Xəzər)İmam Hüseyn (Sabunçu) "B" qrupu Hacı Əjdərbəy (Nəsimi)Katolik KilsəsiSəngəçal (Qaradağ)Xanım Zəhra (Yasamal) "C" qrupu Həzrət Məhəmməd (Səbail) Məşədi Dadaş (Nəsimi)BDU İlahiyyat"Cümə" məscidi (Sumqayıt) "D" qrupu Yəhudi icmasıPravoslav Kilsəsiİrfan (Binəqədi)Həyat Sözü.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM