Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır. Bu barədə "Qafqazinfo”ya məlumatı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev verib.
O bildirib ki, əsas məqsəd dayanaqlı proqram təminatına söykənən avtomatlaşdırılmış sistemin qurulmasıdır:
M. Ağayevin sözlərinə görə, sistem vasitəsi ilə yollara nəzarət gücləndirilib:
"Hazırda həmin kameralar vasitəsi ilə yollarda dayanma durma qaydalarını pozan avtonəqliyyat vasitələri müəyyən edilir. İnzibati xəta törədən sürücülər barədə müvafiq tədbirlərin görülməsi üçün məlumatlar müvafiq bazada toplanılır. Artıq paytaxtın əksər küçə və prospektlərində xüsusəndə hərəkətin intensiv olduğu eyni zamanda günün pik saatlarında sıxlıq müşahidə edilən yollarda Qanunsuz Parklanmaya Nəzarət Kameraları fəaliyyət göstərir. Yollara nəzarət növbəli iş rejimdə fasiləsiz olaraq həyata keçirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !