Dönərin və qrilin qiyməti bahalaşdı

12:42 | 10.10.2016
Dönərin və qrilin qiyməti bahalaşdı

Dönərin və qrilin qiyməti bahalaşdı

İnsanların qida rasionunda üstünlük təşkil edən "fast food”un (ayaqüstü qidalar) qiyməti artır.

Bahalaşmaya səbəb istehlak bazarında məhsulların qiymətinin artmasıdır.  

Xüsusən dönər, peraşki və qrilin bahalaşması ilə bağlı narazılıqların olduğunu bildirən sahibkarlar bu qida məhsullarının qiymətinin toyuq və mal ətinin qiymətindən asılı olduğunu bildirirlər. Bahalaşmanın davam edəcəyi istisna edilmir. 

5 manata olan qril hazırda 6 manat olub, dönərin qiyməti də artaraq 1.50-2 manat arasında dəyişib.  

Quşçuluq fabrikləri və fermerlər isə toyuq və mal ətinin bahalaşmasını heyvan yemlərinin, kommunal xidmətlərin bahalaşması və digər xərclərin artması ilə əlaqələndirirlər.//Bizimyol.info




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM