Dünya çempionatında tatuirovkaları sevən 10 futbolçu

09:44 | 17.06.2014
Dünya çempionatında tatuirovkaları sevən 10 futbolçu

Dünya çempionatında tatuirovkaları sevən 10 futbolçu

Braziliyada dünya çempionatında oynayan bir çox futbolçular - tatuirovkaların azarkeşidir. ANS PRESS-in məlumatına görə, onların bədənləri müdrik fikirlər, ailə üzvlərinə həsr edilmiş şəkillər və başqa simvollarla bəzədilib. Sizə bədənində bir və ya bir neçə tatuirovka olan 10 futbolçunu təqdim edirik. NeymarBraziliyalının bir neçə tatuirovkası var. Onlardan biri "Todo pasa" (hər şey keçir) sözləri boynunda yerləşir.Futbolçunun çiyinində bacı mənasını verən Sorella yazılıb.Dani Alves Braziliyalı müdafiəçinin bütün bədənini tatu bəzəyir. Onun əllərini İsanın və ailəsinin təsviri bəzəyir. Sinəsində oğulunun adıyla böyük tatuirovka var.Serxio Ramosİspan müdafiəçisi Serxio Ramos ayaq kürülərində öz karyerası ərzində qazandığı dünya kubokunu və çempionlar Liqasının kubokunu döydürüb. Əl barmağında qardaş və bacılarının inisiallarları var.Esekel LavessiOnun sağ əli tamamilə tatu ilə doludur.Orada qızılgüllə tapançanın təsviri var. Bundan başqa, Lavessinin bədənində İsanın siması və Maradonın təsviri özünü göstərir.Lionel MessiArgentinalının sol ayağında onun oğlu Tyaqonun kiçik əllərinin təsviri var. Messinin kürəyində sevimli nənəsinin siması var. Kevin-Prins BoatenqOnda bədənində keçmiş komandası "Milan" şərəfinə tatuirovka var, həmçinin onun əlində Afrikanın xəritəsi yerləşir. Futbolçunun Qana və Almaniya vətəndaşlığı var.Mario Balotelliİtalyanın Super Mariosu sinəsinə Çinqizxanın sözünün döydürüb: "Mən sizin Allah cəzanızam. Əgər siz böyük günahları etmirsinizsə, Allah məni sizə göndərməyəcək".Naydjel de YonqHolland yarımmüdafiəçisi "tayfaları" tatunu sevir, hansılar ki, onun əllərini, sinəsini və kürəyini örtürlər.Raul MeyreleşPortuqaliyalı tatuirovkaları sevir və onlardan ən böyük təsvirlər onun kürəyini bəzəyir.Qari MedelÇili yarımmüdafiəçi də böyük tatu pərəstişkarıdır. Onun sinəsində sevimli klubu "Universidad Katolik" həsr edilmiş tatuirovka var.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM