Dünya çempionatının favoritləri açıqlandı

23:22 | 14.06.2014
Dünya çempionatının favoritləri açıqlandı

Dünya çempionatının favoritləri açıqlandı

Beynəlxalq statistika şirkəti olan "Opta" Braziliyada təşkil olunan dünya çempionatının favoritlərini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, "DÇ-2010"dan bu yana yığmaların oyunlarını analiz edən şirkət Braziliyanı qarşıdakı mundialın əsas favoriti elan edib.
Braziliyanın dünya çempionu olmaq şansı 23,5 faiz olaraq göstərilir. Digər iki komanda isə Almaniya (16,5) və İspaniya (13,5) yığmalarıdır. 
Braziliyanın finalda Almaniya ilə qarşılaşacağı proqnozlaşdırılır.
"Opta" şirkətinin araşdırmasına görə Qana, Əlcəzair, Avstraliya və Kamerun yığmalarının çempion olmaq şansları sıfıra bərabərdir. 
Braziliya millisinin forvardı Neymarın (14,6 %) turnirin bombardiri olacağı iddia edilir. 
Neymarın ən yaxın izləyiciləri kimi Lionel Messi (Argentina) və Kriştiano Ronaldonun (Portuqaliya) adları çəkilir. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti