Dünya kinosuna damğa vuran 10 rejissor - SİYAHI

11:45 | 29.10.2014
Dünya kinosuna damğa vuran 10 rejissor - SİYAHI

Dünya kinosuna damğa vuran 10 rejissor - SİYAHI

1. Robert Zemekis - Gələcəyə dönüş (1985) Zemekis ilk dəfə ötən əsrin 80-ci illərində çəkdiyi "Gələcəyə dönüş" filmləri ilə adını tanıtdıra bildi. 1994-cü ildə "Forrest Gump" filmi ilə "Ən yaxşı rejissor" nominasiyası üzrə "Oskar"a sahibləndi. Film eyni zamanda "Ən yaxşı film", "Ən yaxşı ssenari" nominasiyaları da daxil olmaqla ümumilikdə 6 "Oskar" aldı.2. Kristofer Nolan - Yaddaş kitabçası  (2000)Kristofer Nolan son dövrlərdə Hollivuddan çıxan tək-tük fərqli rejissorlardandır. Nolan ilk öncə ssenariləri yaxşı işləyir, sonradan isə filmlərdə öz məharətini göstərir. O, özünün şedevr filmlərindən biri olan Memento (Yaddaş kitabçası) filmində dövrün ab-havasını çox gözəl yaradıb. Filmin ssenarisini qardaşı Conatan Nolan ilə yazan rejissor, bu ssenari ilə Akademiya mükafatına da namizəd olur. Ssenarinin mükəmməlliyi isə onun heç kim tərəfindən tam mənada dərk oluna bilməməsi idi. Hazırda da bu filmin ssenarisi konkret olaraq yazı üstündə deyil və tam mənasıyla heç kim tərəfindən bilinmir. "Memento" kimi 8.5 IMDb xallı və dünyada 35-ci sırada qərarlaşan bir filmi çəkən Nolan bunu yalnız 2-ci uzun-metrajlı filmi ilə bacarması ilə böyük şöhrət qazanıb.Kristofer Nolan 1970-ci il iyulun 30-da İngiltərənin paytaxtı London şəhərində anadan olub. Kiçik yaşlarından film çəkməyə marağı olan Nolan, atasının ona video-kamera alması ilə bu hobbisinin artıq daha real olmasını istəyir.Bugünlərdə rejissor təzə çəkdiyi "İnterstellar" (2014) qarşımıza çıxacaq.3. Ridli Skott - Yad (1979)Aktrisa Elizabet Skottun oğlu olan Ridli Skott hələ uşaqlıqdan incəsənətlə maraqlanıb. Dizayn kollecində, incəsətən universitetində təhsil alıb. BBC-də qısa filmlərə rejissorluq edib. 1968-ci ildə özünün Ridley Scott Associates qurumunu yaradıb və 2000-dək reklam çarxı çəkib. Rejissorun 1980-ci ildə quruluş verdiyi "Yad" filmi "Ən yaxşı sənət quruluşu" və "Ən yaxşı effekt" nominasiyası üzrə "Oskar"a layiq görülüb. Rejissorlar arasında özünəməxsusluğu ilə seçilən Ridli Skotta hörmət mənasında "Ser" - deyə müraciət olunur.4. Piter Robert Ceckson - Cənnət Varlıqları (1993) Cekson 3 dəfə Oskar Mükafatı qazanmış Yeni Zelandiyalı film prodüseri, ssenaristi və rejissorudur.İlk olaraq "Bad Taste" adlı filmini 1987-ci ildə çəkib. Bu filmin uğurundan sonra "Meet the Feebles" adlı kinoya (1989) rejissorluq edib. Ancaq bu film "Bad Taste" qədər müvəffəqiyyətli ola bilmir. 1993-ci ildə "Weta Digital" adlı şirkət quran rejissor "Cənnət Varlıqları" filmini ekranlara çıxarır və ilk Oskar mükafatı namizədliyini qazanır. Özünün ilk böyük büdcəli Hollywood filmi olan "Sevimli Ruhlar" kinosu 1996-ci ildə nümayişə buraxılıb. Uşaqlığından bəri J. R. R. Tolkindən "Üzüklərin Hökmüdarı" romanlarına heyran olan Cekson əsərlərin hüquqlarını satın aldıqdan sonra üç hissəli əsəri ağ pərdəyə köçürməyə başlayır. Rejissor ilk filmdəki işiylə üç nominasiyada "Ən Yaxşı Film", "Ən yaxşı rejissor işi" və "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyaları üzrə Oskar Mükafatına namizəd olub. Üçüncü film "Kralın Dönüşü" Ceksona ""Ən Yaxşı Film", "Ən yaxşı rejissor işi" və "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyaları üzrə Oskar Mükafatı qazandırıb. "Üzüklərin Hökmüdarı" əsərindən sonra "Kinq Kong" (2005) filminə rejissorluq edib.5. Zak Snayder - 300 Spartalı - (2005)Zak yaradıcılıq ruhunun inkişafı üçün həm də orta məktəbdə ona dərs deyən, həm də evdə onunla xüsusi məşğul olan anasına minnətdardır. Gənclik illərində Snayder qorxu və fantastik filmlərə çox həvəs göstərib. Onun ən yaddaqalan filmlərindn biri "300 spartalı"dır. Frank Millerin qrafik romanı əsasında quruluş verilən bu film haqqında rejissor Zak belə deyir: "Frank mifik bir hadisəni gerçəkliyə deyil, gerçək bir hadisəni mifə çevirməyi bacarıb".Əslində, bu fikirləri Zak Snayderin filmlərinə də şamil eləmək olar.6. Qor Verbinski - Meksikalı -  (2001)Ən əvvəl reklam sektorunda özünəməxsus yolu ilə seçilən rejissor həm də film istehsalında uğurlar qazanıb. Başrollarını Culiya Roberts və Bred Pitin oynadığı "Meksikalı" filmi ilə şöhrətinin bünövrəsini qoyan Qor Verbinski "Halka" filmi ilə istedadını ortaya qoyub, "Karib dənizinin quldurları" çoxseriyalı filmləri ilə ürəklərə yol tapıb. 7. Vudi Allen - Enni Holl - (1977)Hazırda 78 yaşı olan və yəhudi ailəsində anadan olan Vudi Allen ilk filmini ("Nə olub, pələng səhləbi?") 1966-cı ildə çəkib. Həmçinin pyeslərin ("Suyu içməyin", "Üzən kiçik lampa" və s.) və hekayələr məcmuələrinin müəllifidir. 1977-ci ildə "Enni Holl" çəkdiyi filmi üç Oskar mükafatı qazanıb. 1985-ci ildə isə Allen Qızıl Qlobusa layiq görülüb. Onun digər mükafatları da var.Caz həvəskarı olan Allen həm də klarnet çalır.Rejissorun 1977-ci ildə quruluş verdiyi "Enni Holl" kinokomediyası deyilənə görə, avtobioqrafik bir əsərdir. Bu film Vud Allenin Nyu Yorka bağlılığını, qadınlara eşqini və onları aldatma gərəkliliyini, eyni zamanda Hollivuda nifrətinin nümunəsidir.8. Maykl Bey - Pis oğlanlar - (1995)Çəkdiyi filmlər arasında "Qaya", "Armageddon" (1998, ən yaxşı rejissorluğa görə Saturn mükafatı), "Pyörl-Harbor", "Ada" və "Transformerlər" daha çox tanınır. Prodüserləşdirdiyi filmlər arasında isə "Benzin mişarı ilə Texas qırğını" və "Cümə, ayın 13-ü" (2009), "Quşlar" (2009) və "Qarağac küçəsində dəhşət" (2010) trillerləri var.1995-ci ildə aksiyon-komediya janrında çəkdiyi "Pis oğlanlar" filminin kollektivi haqqında indiyə qədər danışılır: Will Smith, Martin Lawrence, Tcheky Karyo, Joe Pantoliano, Tea Leoni ve Theresa Randle 9.   Ceyms Kemeron - Terminator - (1984)Kanadalı kinorejissor, ssenarist, dərin-dəniz kəşfiyyatçısı, vizual rəssam və redaktor kimi tanınan 60 yaşlı Ceyms Kemeron çəkdiyi filmlərin arasında bunlar ən uğurlularıdır: Piranya II: Kürütökmə (1981), Terminator (1984), Yadlar (1986), Uçurum (1989), Terminator 2: Axirət günü (1991), Düzgün yalan (1994), Titanik (1997), Qaranlıq mələyi (2000-02) və Avatar (2009). Kinematoqrafiya tarixində ən gəlirli iki filmə ("Titanik", "Avatar") rejissorluğu da ona məxsusdur. "Titanik" 11, "Avatar" isə 3 "Oskar"a layiq görülüb. Gördüyü bir röyadan təsirlənən rejissor "Terminator"u yaratdı. Amma o zamanlar təcrübəsi az olduğuna görə, ssenarisini yazdığı "terminator"üçün yaradıcı şirkətlərdən dəstək ala bilmədi. Amma sonradan istəyinə çatan rejissor hər kəsi bu və ondan sonra imza atdığı digər filmləri ilə mat qoya bildi.10. Kventin Tarantino - Quduz köpəklər - (1992)Kventin Tarantino fəaliyyəti dövründə Oskar mükafatı, Qızıl Palma Budağı, Qızıl Qlobus və Britaniya kino və televiziya incəsənətləri akademiyası mükafatları qazanıb. Anası Konni Makxyu yerli aborigen tayfalarından olsa da, Los-Ancelesdə böyüyüb.  Karyerası 1990-ci illərdə müstəqil filmlərdən başlanılıb. Onun filmlərdə yaratdığı obrazlar da çəkdiyi filmlər qədər şöhrət zirvəsindədir. Çəkildiyi məşhur filmlər arasında "Quduz köpəklər" (1992), "Kriminal qiraət" (1994), "Şəfəqdən qüruba qədər" (1996) və "Billi öldürmək" (2003) var. Üslubu qeyri-xronoloji postmodernist süjetlər və zorla stilləşdirilmiş üslublardan fərqlənir. Fəaliyyətinin ilk on ilində artıq onun barəsində bioqrafik kitablar yazılır, tədqiqatlar aparılır, müxtəlif fikirlər söylənilir və qalmaqallar eşidilir.Rejissorların çoxundan fərqli olaraq Tarantino öz sənədini özü, video prokatda klerk işləyərkən öyrənib. Onun kinematoqraf zövqü orijinal pop-culture və specialty movie sintezi təsiri altında formalaşıb. Tarantinonun bütün kinolarına öz xüsusi xətti məxsusdur, ona gorə də başqa rejissorların işlərini Tarantino filmləri ilə səhv salmaq çətindir.Hər şeydən öncə onun filmləri dolaşıq və parçalanmış xronologiya axımı ilə fərqlənir, ondan başqa qanlı səhnələrin tam açıq və dəqiq nümayiş olunması, şiddət estetizasiyası və uzun dialoqların yer alması ilə fərqlənməkdədir.

Hazırladı NurayANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM