Dünya ölkələri "Yeni il"i belə qarşılayır - Fotolar

15:01 | 17.12.2014
Dünya ölkələri

Dünya ölkələri "Yeni il"i belə qarşılayır - Fotolar

Yeni ilin gəlişinə çox az qalıb. Dünyanın dörd bir tərəfində şəhərlər artıq bayram hazırlığına başlayıb. Amma elə şəhərlər var ki, Yeni ili daha fərqli və möhtəşəm keçirir.

ANN.Az Lent.az-a istinadən həmin şəhərlərin siyahısını təqdim edir.

12 üzüm və Barselona
İspaniyada yeni il tətili 24 dekabrda başlayır və 6 yanvara qədər davam edir. Bu müddəti ispanlar "Navidad” adlandırırlar. Yeni il əsasən ailə və dostların bir yerdə böyük süfrə arxasında yığılaraq qeyd edilməyə başlanır. Bu yığıncaqlar daha çox evdə keçirilsə də, bahalı və lüks restoranlara və məkanlara üstünlük verənlər də olur. Yeni il gecəsi saat 12-də ispanlar illərdir davam edən ənənələrini həyata keçirilər. Yəni saat 12 tamamı göstərən kimi hər bir ispan ağzına 12 gilə üzüm atır. İspanlar bu 12 gilə üzümün növbəti ildə yaxşı şans və bərərkət gətirəcəyinə inanırlar. Bu ənənənin ardından isə barselonalılar küçələrə axışır və əsasən Las Ramblas küçəsində və Gotik Meydanda toplanırlar. Bundan sonra isə musiqi sədalarının altında səhərəcən əyləncə davam edir.

Yeni il gecəsi möhtəşəm atəşfəşanlıq - MOSKVA
Rusiyada yeni ilə hazırlıq təxminən 20 gün öncədən başlayır. Yeni il gecəsi isə ailəlikcə  süfrə arxasında olmaq vacib hesab olunur. Buna görə də axşam saat 11-də küçələr demək olar ki, boş olur. Gecə saat 12-yə 10 dəqiqə qalmış ölkə prezidenti televiziyadan canlı olaraq xalqı təbrik edir. Saat 12 tamam olduqda isə əsl əyləncə başlayır. Keçirilən atəşfəşanlıq təkcə böyük meydanlarda deyil, hətta kiçik məhəllələrdə də ənənədir. Amma yenə də bunlardan ən möhtəşəmi Qızıl Meydanda keçirilir. Qızıl Meydanda və küçələrdə içki içmək qadağan olunsa da, bu qadağaya əməl edən olmur. Rusların yeni il bayramı 10 gün davam edir və yanvar ayının 9-dan iş günü başlayır.

Temza çayının sahilində Big Benin zəngi altında Yeni il - LONDON
Gecə yarısına qədər davam edən əyləncə və çoxlu insanlarla birgə Trafalqar meydanında yeni ili qeyd etmək London klassikasıdır. Saat 12 tamamı göstərdikdə "Big Ben”in zəngı çalınır və insanlar bir-birini öpərək yeni illərini təbrik edirlər. "London Eye” üzərindəki möhtəşəm atəşfəşanlığı izləmək istəniz onda Temza çayının kənarında yerinizi rahatlayın. Yeni ildə Londonun digər hərəkətli bölgələri operanın qəlbi sayılan "Convent Garden” və küçə sənəti konsertlərin keçirildiyi "Leicster” meydanıdır.

Yeni ildə bitməyən əyləncə - LAS VEQAS
24 saat əyləncə ilə yeni ili qeyd etmək istəyənlər üçün ən doğru yer Las Veqasdı. Las Veqasda küçələrdə keçirilən əyləncələrlə yanaşı məşhur otellərin təşkil etdiyi partilərdə də iştirak etmək olar. Kazinolarda isə yeni ilin gəlişi ilə bəxtlərini sınamaq istəyən adamlar iştirak edə bilərlər. Las Veqasdakı  atəşfəşanlıq isə şəhərin hər yerindən görünəcək tərzdə təşkil olunur.

Romantik bir yeni il üçün - PRAQA
Çexiyada yeni il bayramı bir qədər ənənəvi xüsusiyyət daşıyır. Belə ki, xristianlıqda  "silvester” adlandırılan yeni il ərəfəsində ailə və dostlar bir yerə yığılaraq yemək yeyib şərab və şampanla  bayramı qeyd etməyə başlayır. Praqada bu ənənəni şəhərin rəmzi hesab olunan Çarlz körpüsü üzərində keçirilən atəşfəşanlığın altında həyata keçirilər. Praqada yeni yaranan bir ənənə isə əlində içki qədəhi və yüngülvari yeməklə tarixi küçələri gəzərək insanlara qoşulmaqdır.

Sambanın sədaları altında Rio
Yeni il burada Rio karnavalından heç də fərqlənməyəcək tərzdə qeyd olunur. Yerli xalq və turistlərin birlikdə qeyd etdiyi yeni il festivalında atəşfəşanlığın altında  sambanun ritmləri ilə  (Brazilyanın məşhur  rəqsi-red) ləziz Brazilya yeməklərinin dadına baxıb bu möhtəşəm mənzərədən zövq almaq olar. Braziliyalılar yeni il gecəsi səhərəcən içki içib rəqs edirlər. Amma ən diqqət çəkən şey ağ geyimli insanların əllərindəki şamları inandıqları dəniz ilahəsi Lemanjaya təqdim etmələridir.

İsti yay və yeni il - Sidneydə
Yayda qeyd olunan yeni il Şaxta baba və bikinili qızlar bir yerdə keçirilir. Hərçənd qar xizəkləri, şaxta babalar fəsilə uyğun gəlməsə də diqqəti cəlb edə bilir. Hər nə qədər qəbul olunmasa da yay geyimində olan şaxta babaları və onların xizəyini çəkən kenquruları başqa yerdə görmək mümkün deyil. Şəhərin hər küçəsində əyləncələr təşkil olunsa da bunların ən möhtəşəmi Sidney Limanında keçirilir. Burada hər il fərqli tərzdə atəşfəşanlıq nümayişi təşkil olunur.

Açıq səma altındakı muzeydə yeni il - Paris
Açıq səma altındakı muzeyi xatırladan Parisdə yeni ili qeyd etmək üçün ən ideal yer Şamzelizedir. Şamzelize və şəhərin digər tarixi tikililəri yeni ilə bir ay qalmışdan bəzədilib işıqlandırılır. Şamzelize bulvarı və Eyfel qülləsi ətrafındakı meydanlarda yeni il axşamı saat 5-dən sonra nəqliyyatın hərəkəti dayandılır və meydan insanlarla dolmağa başlayır. Yeni il gecəsi bütün restoranlar, oteller, barlar tam olaraq fəaliyyət göstərir və meydanlar bu məkanlardan gələn musiqi səsləri ilə hərəkətlənir. Hər il yeni il gecəsi saat 12-də atəşfəşanlıq təşkil olunur və təkcə Eyfel qülləsi ilə Şamzelizedə 1,5-2 milyon insan bu atəşfəşanlığı seyr edir. Yeni il gecəsi Parisdə edilə biləcək digər şey isə Eyfel qülləsinin altında hərəkət edən işıqlandırılmış qayıqlarla Sena çayında gəzərək şəhərdəki bu möhtəşəm şənliyi izləməkdir.

Tayms meydanı və yeni il – Nyu-York
Nyu-York şübhəsiz ki, yeni ili ən gözəl qarşılayan şəhərlərdən biridir. Yeni il gecəsi ən çox sıxlıq olan yer isə Tayms meydanıdır. 1907-ci ildən bu yana hər il yeni il gecəsi Tayms meydanındakı bir binanın başından aşağıya böyük kristal  top endirilir. Nyu-Yorklular bu ənənəyə "Boll-Drop” deyirlər. Kristal top yeni ilə geri sayımın başlanması ilə birlikdə yerə endirilməyə başlanır və bu müddətdə hər kəsin diqqəti bu nəhəng topa yönəlir. Təbii ki, Tayms meydanındakı tək şou bu olmur. Məşhur müğənnilərin konsertləri, atəşfəşanlıq və s səhərəcən dvam edir. Amma bunu da nəzər almaq lazımdır ki, yeni ili gecəsi bütün bunları izləmək üçün ən geci saat 8-də Tayms meydanında olmaq lazımdır. İçki şüşələri isə meydanda qadağan edilib.

ANN.Az
 









0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb