Dünyanın ən kiçik kitabı hazırlandı - FOTO

09:44 | 23.04.2014
Dünyanın ən kiçik kitabı hazırlandı - FOTO

Dünyanın ən kiçik kitabı hazırlandı - FOTO

Türkiyədə dünyanın ən kiçik kitabı hazırlanıb.ANS PRESS-in xəbərinə görə, izmirli şair, Beynəlxalq Aktivist Sənətçilər Birliyinin qurucu başqanı Ümid Yaşar İşıqhan dünya rekorduna imza atıb. Belə ki, o, oxuna bilən dünyanın ən kiçik kitabını yayımlayıb.İlk nəşrini 1986-cı ildə kağız qiymətlərinin bahalaşmasına etiraz etmək məqsədiylə dünyanın ən kiçik kitabını hazırlayıb yayımlayan İşıqhan 2012 - 2013-cü illərdə yeni nəşri hazırladaraq oxucularına və kolleksionerlərə paylayıb. Bu il isə o, kitabı daha da kiçildərək İzmir Tüyap kitab sərgisində oxuculara təqdim edib. Rahat oxunulması üçün şeirlər 0,5 punt ölçüsündə, kitabın ölçüsü isə 1,5x2,5sm - yəni qənd, ya da balqabaq çəyirdəyi böyüklüyündədir. İşıqhan ilk dəfə "Tüyap"da satışa təqdim edilən miniatür kitabını Ginnessin rekordlar kitabına salınması üçün müraciət edəcəyini bildirib.Şair bu işi ilə e-kitabların geniş yayıldığı bir vaxtda, oxucu marağını yazılı nəşrlərə artırmağa çalışdığını və kitabı böyük qardaş dediyi dünyanın ən böyük aktivisti Komandant Karlosa hədiyyə etdiyini vurğulayıb.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM