Doğmalarına hədiyyə et - Prizo.Az

12:10 | 02.05.2015
Doğmalarına hədiyyə et - Prizo.Az

Doğmalarına hədiyyə et - Prizo.Az

Bir çoxlarımız doğmalarımıza, sevdiklərimizə hədiyyə almaq istərkən bəzi suallarla üz-üzə qalır, həyacanlanırıq. Görəsən alınacaq hədiyyəni bəyənəcəkmi? Hansı rəngi, ölçünü seçməli?... 

Yeni yaranan Prizo.Az saytı bizi bu həyacanlardan qurtaracaq. 

Saytın fəaliyyət prinsipi çox sadədir. Ad günlərində, bayramlarda sevdiklərinizə Prizo.Az-dan onlayn hədiyyə kartı göndərə bilərsiniz. Bunun üçün Prizo.az saytına daxil olun, hədiyyə almaq istədiyiniz brendi seçin, istədiyiniz məbləği daxil edin, ödəmənizi edin və rəqəmsal hədiyyə kartını email və ya SMS-lə sevdiyinizə, dostunuza göndərin. O da, bu emaillə və ya SMS ilə həmin yerdən alış-veriş edə biləcək.

Bir neçə gündür açılan saytda artıq çoxsaylı brendlər yer almaqdadır və getdikcə onların sayı yüzlərlə olacaq.

Qeyd edək ki, Prizo.Az-ın yaradıcısı tanınmış gənc sahibkar Fərid İsmayılzadədir.  "Goldenpey” və Hesab.az ilə Azərbaycanda onlayn ödəniş sektorunu "dirildən” Fərid İsmayılzadə, bu dəfə yeni layihəsi ilə növbəti dəfə həyatımızı daha da asanlaşdırmağa çalışır. 

"Prizo.az-ı yaratmaqda məqsədim daha çox pul qazanmaq yox, sadəcə özümü bir daha sınamaqdır” - Fərid İsmayılzadə bildirir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb