Dünya Bankı Azərbaycanın ÜDM artımı proqnozunu təsdiqləyib

16:59 | 10.01.2024
Dünya Bankı Azərbaycanın ÜDM artımı proqnozunu təsdiqləyib

Dünya Bankı Azərbaycanın ÜDM artımı proqnozunu təsdiqləyib

Dünya Bankı (DB) Azərbaycanın ÜDM artımını 2024-cü ildə 2,4%, 2025-ci ildə isə 2,5% səviyyəsində proqnozlaşdırır. Bu barədə  Bankının yanvar üzrə "Qlobal İqtisadi Perspektivlər” hesabatında məlumat verilib.

Bu proqnozlar Dünya Bankının 2023-cü ilin oktyabrında Azərbaycan iqtisadiyyatına verdiyi qiymətləndirmə ilə üst-üstə düşür.

Dünya Bankının proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,5% təşkil edib.

Cənubi Qafqazın iqtisadi perspektivlərinə gəlincə, DB qeyd edir ki, 2024-2025-ci illərdə regionda orta illik artım 3,3% təşkil edəcək.
 
"Region ölkələrinin Rusiyadan pul köçürmələrinin axınını daha da azaltması gözlənilsə də, təkrar ixrac və turizm Cənubi Qafqaz ölkələrinin iqtisadi fəallığını dəstəkləməyə davam edəcək. Bununla belə, uzunmüddətli artıma əmtəə asılılığı, zəif nəqliyyat əlaqələri və logistika, eləcə də Ermənistan və Azərbaycan arasında mümkün davam edən geosiyasi gərginlik mane olmaqda davam edəcək”,  - DB qeyd edir.

Bankın hesablamalarına görə, 2024-2025-ci illərdə Gürcüstanda ÜDM-in artımı müvafiq olaraq 4,8% və 4,5% (2023-cü ildə - 6,5%), Ermənistanda - 4,7% və 4,5% (2023-cü ildə - 7,1%) təşkil edəcək.

Belə ki, Dünya Bankının Cənubi Qafqazın üç ölkəsi üzrə proqnozlarına əsasən, 2024-2025-ci illərdə iqtisadi artımın sürətlənməsi yalnız Azərbaycanda müşahidə olunacaq.

Azərbaycanın İqtisadiyyat Nazirliyi 2024-cü ildə ÜDM-in artımını 2,4%, 2025-ci ildə 2,9% səviyyəsində proqnozlaşdırır.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM