Dünyanın ən nüfuzlu və arzu olunmayan pasportları - SİYAHI

23:11 | 03.06.2016
Dünyanın ən nüfuzlu və arzu olunmayan pasportları - SİYAHI

Dünyanın ən nüfuzlu və arzu olunmayan pasportları - SİYAHI

"Henley and Partners” konsaltinq şirkəti təklif edilən imkanlarına görə dünyanın ən nüfuzlu və zəif pasportlarının indeks siyahısını hazırlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, reytinqində 187 ölkənin adı yer alıb.

Siyahıda Azərbaycan pasortu nüfuzuna görə 107-ci pillədə yer alıb. Ermənistan pasportu 110-cu, Qazaxıstan pasportu 83-cü, Rusiya pasortu 60-cı, Gürcüstan pasportu 103-cü yerdə qərarlaşıb.

"Henley and Partners”in indeksində ən nüfuzlu pasport Almaniya vətəndaşlarına məxsusdur. İlk "onluq”da Danimarka, Finlandiya, Norveç, İsveç, İslandiya, İrlandiya, Avstriya, Fransa və İsveçrə yer alıb.

Ən arzuolunmayan pasportları isə Suriya, Pakistan, Efiopiya, Çad, Burundi, Sudan, Eritreya, Mərkəzi Afrika Respublikası, Əfqanıstan və Konqo Demokratik Respublikasının vətəndaşları daşıyır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM