Dünyanın müxtəlif süni dilləri - FOTOLAR

12:04 | 15.09.2016
Dünyanın müxtəlif süni dilləri - FOTOLAR

Dünyanın müxtəlif süni dilləri - FOTOLAR

Bu dillər haqqında ilk dəfə eşidəcəksiniz

ANN.Az xəbər verir ki, dünyada 6500-dən çox dil mövcuddur, onlardan 5600-ü istifadə edilir. Dillər ölməklə yanaşı, həm də doğulur və sürətlə yayılır. Son zamanlar dünyada müxtəlif süni dillər yaradılır.

Onlardan bəzilərini sizə təqdim edirik:

1. Solresol
 


Solresol 1817-ci ildə Jan Fransua Südro tərəfindən musiqi notları əsasında yaradılıb. Bu, insan tarixində ilk süni dillərdən sayılır. Solresol o qədər də zəngin deyil və 7 təkhecalı, 49 ikihecalı, 336 üçhecalı, 2268 dördhecalı sözlər var.

2. Kvenya
 
 

Kvenya Tolkienin əsərlərindəki elflərin dilidir. Əsas olaraq Tolkien fin dilini götürdü. Kvenya dilində jurnallar buraxılır, elmi əsərlər yazılır.

3. Tokipona
 


Tokipona dili 2001-ci ildə kanadalı Sonya Ellen Kisa tərəfindən tərtib edilib. Bu, dünyanın ən sadə və populyar dillərindən biridir. Bu dildə 120 kök, 5 sait, 9 samit səs var. Bütün sözlər ümumi kontekstdən asılı olaraq bir çox mənalar daşıya bilər.

4. Lingua Ignota
 


Tərcümədə bu dilin mənası "Naməlum dil"dir. Bu dil 12-ci əsrdə Bingendən olan kilsə rahibəsi Hildeqarda tərəfindən ərsəyə gətirilib. Dilin təsvirinə yer verilmiş və 1011 sözdən ibarət 2 əlyazma saxlanılır. 

5. Loqlan
 



Loqlan 1955-ci ildə Ceyms Kuk Braun tərəfindən Sepira-Uorfa hipotezasının yoxlanması məqsədilə yaradılıb. Hipotezaya görə, dilin strukturu reallığın dərk edilməsi və düşüncəni müəyyən edir, müxtəlif dillərdə danışan insanlar isə reallığı müxtəlif cür dərk edirlər.

6. Enoxian dili
 


Con Diyə görə, enoxian dili 10.03.1582 tarixində medium Edvard Kelli tərəfindən mələklər vasitəsilə çatdırılıb. Dil mələklər və Tanrı ilə ünsiyyətdə istifadə edilir və Bibliyada adı çəkilən Enoxa peyğəmbərin şərəfinə adlandırılıb.

7. Klinqon dili
 


Klinqon dili "Ulduz yolu" serialı üçün Mark Okrand tərəfindən hazırlanı. Okrand digər iki yadelli dillərin də müəllifi kimi tanınır. Klinqon dili üçün Tədqiqat institutu tərəfindən lüğətlər hazırlanıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb