DYP: Polis qanunu poza bilər

12:35 | 06.01.2015
DYP: Polis qanunu poza bilər

DYP: Polis qanunu poza bilər

Paytaxtın mərkəzində DYP əməkdaşlarının qanunsuz hərəkətləri barədə redaksiyamıza şikayət daxil olub.

Oxu.Az xəbər verir ki, paytaxtın Üzeyir Hacıbəyov küçəsində yol polisi əməkdaşları 10 YP 433 dövlət nömrə nişanlı "BMW” markalı xidməti avtomobili qanunsuz yerdə saxlayıb, ərazidə piyada keçidindən istifadə etməyən vətəndaşları cərimələyiblər.

DYP əməkdaşlarının qanuna riayət etməyərək öz xidməti avtomobilini piyada keçidinin düz üstündə saxlayıb digər insanları qanuna riayət etməyə çağırması ətrafda olan insanların qəzəbinə səbəb olub, üstəlik polis avtomobili piyada keçidinin düz üstündə saxlayaraq, onu bağlamış olub.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a bildirib ki, DYP əməkdaşları xidməti zamanı zərurət yarandığı halda qanunun tələblərindən kənara çıxa bilərlər.

"Dövlət Yol Polisi əməkdaşı hər hansı bir ərazidə qaydanı pozan şəxsi inzibati məsuliyyətə cəlb etmək məcburiyyətində qaldıqda o, qanunun tələblərindən kənara çıxıb xidməti avtomobili digər hərəkət iştirakçılarının gediş-gəlişinə maneə yaratmamaq şərti ilə qadağan olunmuş yerdə saxlaya bilər”  - deyə şöbə rəisi bildirib.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinə əsasən piyada keçidindən istifadə etmədiyi üçün piyadalara 20 manat məbləğində cərimə tətbiq olunur.

Qeyd edək ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun beşinci fəslinin 52-ci maddəsinə əsaslanaraq piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda avtomobillə dayanmaq qadağandır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb