Əbülfəz Elçibəyin yanan bağ evi dağılmaq üzrədir - VİDEO

22:13 | 11.06.2018
Əbülfəz Elçibəyin yanan bağ evi dağılmaq üzrədir  - VİDEO

Əbülfəz Elçibəyin yanan bağ evi dağılmaq üzrədir - VİDEO

Mərhum prezident Əbülfəz Elçibəyin Mərdəkanda olan bağ evi dağılmaq üzrədir. 


 Musavat.com-un müxbiri Əbülfəz Elçibəyin qohumu, müstəqil jurnalist Çingiz Özgürlə birgə eks prezidentin ömrünün son illərini keçirdiyi bağ evinə baş çəkib.


Birmərtəbəli, kürsülü olan ev bərbad vəziyyətdədir. Xüsusilə, 2015-ci ildə baş verən yanğın zamanı ev və içindəki əşyalar yararsız hala düşüb. Tavan və döşəmə tamamilə sıradan çıxıb. Həmçinin, Ə.Elçibəydən qalan bəzi şəxsi əşyalar da yanğında məhv olub.


Musavat.com-a danışan Çingiz Özgür vaxtilə Azərbaycana rəhbərlik etmiş Əbülfəz Elçibəyin xatirəsini yaşadan evin təmir və bərpaya ehtiyacı olduğunu bildirdi.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb