​"EgyptAir" itmiş təyyarənin qalıqlarının aşkar edildiyini təsdiqlədi

21:44 | 19.05.2016
​

​"EgyptAir" itmiş təyyarənin qalıqlarının aşkar edildiyini təsdiqlədi

Şirkət Yunanıstan tərəfindən qalıqların tapılması barədə məlumatlandırılıb

Misirin "EgyptAir" aviaşirkəti itmiş təyyarənin qalıqlarının aşkar edildiyini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı CNN telekanalı məlumat yayıb.

Misirin Mülki Aviasiya Nazirliyinin məlumatına görə, Yunanıstan hökuməti onları qalıqların və çox güman ki, itmiş laynerə aid olan xilasetmə jiletlərinin aşkar edilməsi barədə məlumatlandırılıblar. Misirin Fransadakı səfiri bildirib ki, Afina Misirin diplomatik nümayəndəliyinə onların ağ və göy rəngli qalıqları tapmağa müvəffəq olmaları barədə rəsmi məlumat verib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb