Əhməd İsmayılov: Ümid edirik media seçkiləri düzgün işıqlandıracaq

12:09 | 11.01.2024
Əhməd İsmayılov: Ümid edirik media seçkiləri düzgün işıqlandıracaq

Əhməd İsmayılov: Ümid edirik media seçkiləri düzgün işıqlandıracaq

Medianın İnkişaf Agentliyinin sədri Əhməd İsmayılov Azərbaycan mediasının qarşıdan gələn prezident seçkilərində prosesləri düzgün işıqlandıracağına ümid edir. Bu barədə qurum rəhbəri Mərkəzi Seçki Komissiyasında çıxışında deyib. 
 
"Prezident də bildirib ki, "vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar. İnanırıq ki, dövlət başçımızın bu dəyərli tövsiyələrini əsas götürən Azərbaycan mediası seçki prosesini işıqlandırarkən də növbəti dəfə öz peşəkarlıq səviyyəsini nümayiş etdirəcək”", - o çıxışında vurğulayıb. 
 
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri Rəşad Məcid isə bildirib ki, seçkilərdə iştirak etmək üçün medianın kifayət qədər təcrübəsi var. 
 
Komissaynın sədri Məzahir Pənahov isə vurğulayıb ki, media prosesləri izləməklə yanaşı ortaya çıxan çatızmazlıqları araşdırmalıdır. 
 
Azərbaycanda 7 fevral növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə 7 namizəd mübarizə aparacaq. 
 
MSK yeddi namizədi - Yeni Azərbaycan Partiyasından hazırkı prezident İlham Əliyevin, Milli Cəbhə Partiyasından Razi Nurullayevin və müstəqil namizəd Zahid Orucun, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM