• $
  • €
  • ₽
  • ₺
  • £

Kredit problemlərinə görə ən pis vəziyyət Naxçıvandadır

Kredit problemlərinə görə ən pis vəziyyət Naxçıvandadır
29.05.2020 02:48
Tanınmış iqtısadçı alım Qubad İbadoğlu sosial səbəkədə Azərbaycanda kreditlərlə bağlı yaşanan problemlərdən yazıb.

Modern.az-ın məlumatına görə, o,yazısında qeyd edib ki, Mərkəzi Bankın bu ilin avqust ayının 1-nə açıqladığı məlumatlar əsasında regionlar üzrə kredit qoyuluşunun təhlili göstərir ki, iqtisadi rayonlar arasında vaxtı keçmiş kreditlərin ən yüksək səviyyəsi Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.

Belə ki, həmin dövrə Azərbaycan üzrə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı 6,4 faiz təşkil etdiyi halda Naxçıvan iqtisadi regionu üzrə bu göstərici 9,2 faiz olub.

Respubllika üzrə orta səviyyə ilə müqayisədə Naxçıvan iqtisadi rayonundan sonra daha pis göstərici Şəki-Zaqatala iqtisadi regionu üzrə - 8,9 faiz, Lənkəran iqtisadi rayonu üzrə - 8,6 faiz, Abşeron iqtisadi rayonu üzrə - 7,8 faiz qeydə alınıb.

Göründüyü kimi, bu iqtisadi rayonlar kreditlərin vaxtında qaytarılması sahəsində intizamı ən çox pozan bölglərdir. 

Fikrimizcə, vaxtı keçmiş kreditlər üzrə həmin bölgələrdə yaranmış vəziyyət orda sahibkarlıq mühitinin digər bölgələrdən əlverişsiz olduğunu xarakterizə edir.

Eyni zamanda adı çəkilən bölgələrdə bankların kredit portfelinin ölkə üzrə orta göstərici ilə müqayisədə daha da keyfiyyətsiz olmasının digər səbəbləri pis idarəçilik və sosial-iqtisadi sahədə geriləmələrdir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol