• $
  • €
  • ₽
  • ₺
  • £

Parlament 2016-cı ilin büdcə zərfinin ilkin müzakirəsini keçirdi

Parlament 2016-cı ilin büdcə zərfinin ilkin müzakirəsini keçirdi
29.05.2020 10:45
Azərbaycanda özəl investisiyaların stimullaşdırılması hesabına bir çox sahələrdə dövlət maliyyələşməsinin məhdudlaşdırılması işi davam etdiriləcək.

"Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri layihələrinin Milli Məclisin komitələrinin bu gün keçirilən birgə iclasında aparılan müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycanın 2016-cı il dövlət büdcəsi layihəsində mədaxil ümumi daxili məhsulun 25,2%-i həcmində olmaqla, nominal ifadədə 14,566 mlrd. manat, məxaric isə ÜDM-in 28,2%-ni təşkil etməklə, 16,264 mlrd. manat həcmində proqnozlaşdırılır. Bu ilin müvafiq proqnozları ilə müqayisədə gələn il büdcə gəlirləri 25,1%, xərcləri isə 22,9% azaldılıb.
Dövlət büdcəsinin kəsiri 1,698 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin analoji proqnozundan 2,17% çoxdur.

Gələn ilin dövlət büdcəsində müdafiə xərcləri 1 837,8 mln. manat həcmində nəzərdə tutulub ki, bu da 2015-ci ilin proqnozu ilə müqayisədə 3,3% çoxdur.
Qeyd edək ki, müdafiə xərcləri 2015-ci il üçün 1 778,5 mln. manat proqnozlaşdırılsa da, ilin sonuna 1 760 mln. manat səviyyəsində icra olunacağı gözlənilir.

Bununla yanaşı bildirilir ki, 2016-cı ilin dövlət və icmal büdcələrində xam neftin baza qiyməti 50 ABŞ dolları/barel, ABŞ dollarının rəsmi orta illik məzənnəsi isə 1,05 AZN/USD səviyyəsində götürülüb.

Məlumat üçün bildirək ki, 2016-cı il icmal büdcəsinin gəlirləri 16,720 mlrd. manat və yaxud cari ilə nisbətən 19,3% az, xərcləri 19,907 mlrd. manat və yaxud 23,2% az nəzərdə tutulub.

Gələn il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat daxiloma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır. Həmin məbləğin 4,812 mlrd. manatı və yaxud 72,9%-i qeyri-neft, 1,790 mlrd. manatı və yaxud 27,1%-i neft sektorunun payına düşəcək.

Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1,590 mlrd. manat həcmində proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir. Komitə üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 3,8% olacaq.

Gələn ilin büdcə layihəsində təhsil xərcləri 1,714 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci ilin proqnozundan 0,1% çoxdur. Proqnozda elm xərcləri isə 12,5% azaldılaraq 131,7 mln. manat, səhiyyə xərcləri 4,2% azaldılaraq 744,9 mln. manat, sosial müdafiə və sosial təminat xərcləri 7,1% azaldılaraq 1,897 mlrd. manat təşkil edib.
Gələn ilin büdcə layihəsində sosial ipotekanın genişləndirilməsi üçün İpoteka Fonduna 50 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2015-ci illə eyni səviyyədədir.
S.Şərifov bildirib ki, sosial proqramlar, müdafiə qabiliyyətinin maliyyə təminatı, pensiya dayanıqlığının maliyyə təminatının genişləndirilməsi əsas məsələlərdəndir.
Onun sözlərinə görə, gələn ilin büdcəsində cari xərclər, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi artıb, əsaslı xərclər azalıb. Cari xərclər 10,7% artırılıb, əsaslı xərclər 17,7% azaldılıb.

Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol