• $
  • €
  • ₽
  • ₺
  • £

Neftdən manata zərbə

Neftdən manata zərbə
29.05.2020 09:39
Dünya Bankı "Xammalın ucuz qiymətləri və zəif valyuta" adlı məruzəsində Azərbaycan manatından bəhs edib.

ANS PRESS-in məlumatına görə, məruzədə Azərbaycan manatının Müstəqil Dövlətlər Birliyinin (MDB) digər neft ixrac edən ölkələri ilə müqayisədə daha sabit olduğu bildirilib.

Bankın analitiklərinin fikrincə, manat neft baha olduğu dövrdə sabitləşsə də, bu il baş verən devalvasiyadan sonra faktiki dəyərə yaxınlaşıb və əvvəlki dövrlərlə müqayisədə daha çox sabitləşib.

Bankın hesablamalarına görə, "qara qızıl"ın ucuzlaşması Azərbaycanda ÜDM-nin (Ümumi Daxili Məhsul) 5,2 faiz azalmasına səbəb olacaq. Bunun 4 faizə qədəri qeyri-neft sektorunun payına düşəcək.

Buna baxmayaraq, qeyri-neft sektorunun investisiyaları 2016-2017-ci illərdə iri qaz kəmərlərnin inşaatı nəticəsində artacaq.

Manatın MDB-nin neft ixracatçısı olan ölkələri içərisində sabit valyuta olduğunu bildirən Dünya Bankından fərqli olaraq Asiya İnkişaf Bankı Azərbaycanla bağlı daha bədbin proqnozla çıxış edib.

Bildirilib ki, neftin qiymətinin aşağı düşməsi manatın məzənnəsinə əlavə təzyiq göstərir. "Bu tendensiyanın yaxın bir neçə ay ərzində davam etməsi isə daha bir devalvasiyaya səbəb ola bilər".

Eyni zamanda Azərbaycanın maliyyə naziri Samir Şərifov da ölkədə ikinci devalvasiyanın baş verə biləcəyini istisna etməyib.

Nazir "dünyada gedən iqtisadi proseslər fonunda Azərbaycan manatının yenidən devalvasiyası mümkündürmü?" sualına cavab verərkən bildirib ki, bazar iqtisadiyyatının əsas prinsipi ondan ibarətdir ki, bazarda baş verən proseslər daim nəzərdən keçirilməlidir və heç kəs heç vaxt deyə bilməz ki, hansısa valyuta sabit olaraq qalacaq.

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, Azərbaycanın əsas ixrac məhsulu və valyuta daxilolmalarının əsas mənbəyi neft olduğundan mübadilə məzənnəmiz neftin qiymətindən asılıdır.

Bu səbəbdən neftin qiymətinin kəskin düşməsi büdcə daxilolmalarına birbaşa təsir göstərir. Məsələn 2014-cü ilin avqust ayında Azərbaycanın "AzeriLight" markalı neftinin bir barrelinin qiyməti 103,08 ABŞ dolları idisə, 1 il sonra həmin rəqəm 46,23 dollar olmuşdu.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşı, iqtisadçı Nicat Hacızadənin ANS PRESS-ə verdiyi açıqlamasında bildirib ki, Dünya Bankının manatı nisbətən sabit olaraq qiymətləndirməsi Azərbaycandakı qeyri-neft sektorunun inkişafı ilə bağlıdır.

"Qeyri-neft sektorunun inkişafı neft ixracatçısı olan ölkənin neftdən asılılığını azaldır. Dünya Bankı da Azərbaycanda qeyri-neft sektorunun inkişafını digər MDB ölkələri ilə müqayisədə daha yaxşı qiymətləndirib. Bu isə o deməkdir ki, Azərbaycan digər MDB ölkələri ilə müqayisədə daha sabit valyutalı ölkədir", - deyə iqtisadçı bildirib.

Asiya İnkişaf Bankının Azərbaycan haqqında proqnozuna da münasibət bildirən iqtisadçı isə, Azərbaycanda devalvasiyanın olacağının qara qızılın dünya bazarındakı qiyməti ilə əlaqədardır.

"Bu, neftin qiyməti ilə bağlıdır. Yəni əgər neftin qiyməti bir az da düşsə, manat zəifləyə və bu yolla dollar bahalaşa bilər. Belə olan halda isə devalvasiya olacaq və dollar bahalaşacaq", deyən iqtisadçı bütün bu proseslərin ölkədə inflyasiyaya səbəb ola biləcəyini də əlavə edib.

"Azərbaycanda idxal məhsulları mövcuddur. Devalvasiya baş verərsə, həmin məhsulların qiyməti də qalxacaq. Ölkəyə idxal edilən məhsulların qiymətinin qalxması isə inflyasiya yarada bilər", - deyə Nicat Hacızadə bildirib.

Bir sözlə, neft ölkəsi olan Azərbaycanda "qara qızıl"ın qiymətinin düşməsi bir sıra mənfi nəticələrə - büdcə gəlirlərinin azalmasına, devalvasiyaya - gətirib çıxarır. Bu isə öz növbəsində inflyasiyaya - məhsulların qiymətinin artmasına səbəb ola bilər ki, nəticədə insanların alıcılıq qabiliyyəti zəifləyə, yaşayış səviyyəsi, rifahı aşağı düşə bilər.

Lakin bununla yanaşı, neftin qiymətinin aşağı olması həm də qeyri-neft sektorunun inkişafını sürətləndirə bilər. Bu isə öz növbəsində ölkə iqtisadiyyatının güclənməsinə, iqtisadi çətinliklər zamanı ölkənin maliyyə problemlərində dayanıqlılığının artmasına, maliyyə çətinliklərinin azalmasına kömək edə bilər.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol