• $
  • €
  • ₽
  • ₺
  • £

Proqnoz: ​Rubl daha da ucuzlaşacaq

Proqnoz: ​Rubl daha da ucuzlaşacaq
28.10.2015 23:59
Rusiya rublunun xarici valyutalara qarşı məzənnəsi cümə günü, oktyabrın 30-da zəifləyə bilər.

 "Report" xəbər verir ki, Rusiya Mərkəzi Bankı (RMB) uçot dərəcəsini 50 bənd endirərək 10,5%-ə salmaq niyyətindədir. 

Rusiyanın ən böyük bankı "Sberbank" QSC-nin broker fəaliyyəti ilə məşğul olan şirkəti "Sberbank KİB"-in analitikləri uçot dərəcəsinin endirilməsinə əsas səbəb kimi Rusiya iqtisadiyyatının çətin vəziyyətini göstərirlər. İqtisadi çətinlik dərinləşsə də faizlərin endirilməsi yolu ilə real iqtisadiyyata dəstək vermək mümkündür.

Qeyd edək ki, RMB sentyabrda bundan əvvəl keçirdiyi iclasında ABŞ-da FES-in uçot dərəcəsini artırmağa başlaması təhlükəsi səbəbindən Rusiyada uçot dərəcəsini 11% səviyyəsində sabit saxlayıb.

Uçot dərəcəsinin artırılmasına qarşı çıxan iqtisadçı analitiklər isə III rübdə Rusiyada inflyasiyanın sürətlənməsini və rublun zəifləməsini əsas gətiriblər. Qeyd edək ki, iyunda illik 15,3%-dək geriləyən qiymət indeksi , hazırda yenidən 15,6-15,8%-ə yüksəlib. Ekspertlər 2016-cı ilin ilk rübündə Rusiyada istehlak qiymətlərindəki artımın 8%-ə qədər azalacağını proqnozlaşdırırlar. Belə bir ehtimal monetar siyasətin yaxın aylarda sərtləşdirilməsini zəruriləşdirir.

Qeyd edək ki, son bir neçə gündə "Brent" markalı neftin qiymətinin 47 dollar/barelə qədər azalması rublun məzənnəsinə də mənfi təsir edib. Rubl dollarla müqayisədə 3%-ə yaxın zəifləyərək 65 RUB/USD səviyyəsinə kimi geriləyib.

"Report"un analitik qrupu hesab edir ki, oktyabrın 30-da RMB uçot dərəcəsini endirmək qərarı verərsə, bu, rublun bir qədər də zəifləməsinə və 66-68 RUB/USD səviyyəsinə yüksələcəyinə gətirib cıxara bilər. Neft qiymətinin azalması fonunda isə rublun zəifləməsi daha da sürətlənə bilər. Hər iki amil eyni anda baş verərsə, Rusiyada dolların məzənnəsi 70 RUB/USD-yə çata bilər.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol