• $
  • €
  • ₽
  • ₺
  • £

Gənc marafonçular Azərbaycanın şimal sərhəddindən cənub sərhədinədək qaçdılar

Gənc marafonçular Azərbaycanın şimal sərhəddindən cənub sərhədinədək qaçdılar
29.10.2015 17:57
Sağlam həyat tərzini təbliğ edən Adil Məmmədli və Rüfət Nəcəfov adlı iki gənc 23-26 oktyabr tarixlərində Azərbaycanda növbəti marafon qaçışını həyata keçiriblər. 

Gənclər bu dəfə Sahil qəsəbəsindən (Qəradağ) Astaraya kimi qaçış edərək siqaretə "yox” deyiblər. Azercell Telekom-un ikinci dəfə həyata keçirdiyi "Siqaretsiz həyat daha gözəldir” təşəbbüsünə qoşulan gənclər yol boyu Sahil qəsəbəsində, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran və Astarada yerləşən Azercell Ekspres ofislərinə də baş çəkiblər. Onlar bu təşəbbüslə hər il dünyada minlərlə insanın ölümünə səbəb olan siqaretdən uzaq durmağa səsləyiblər.

Adil və Rüfət marafon ərzində güvənli və keyfiyyətli mobil rabitə üçün Azercell-in xidmətlərini seçmişdilər. Mobil telefon, xüsusilə də GPS və mobil internet əsasında işləyən digər xidmətlər gənclərin doğru, sərbəst və təhlükəsiz şəkildə hərəkət etmələri üçün zəruri idi.

Marafonçumuz Adil Məmmədli bu yürüş barədə fikirləri ilə bölüşüb: "Bu bizim 2-ci yürüşümüzdür. 24-27 iyul tarixlərində eyni şüar altında biz Bakı-Şabran-Quba-Qusar-Samur buraxılış məntəqəsi istiqamətində qaçış etmişdik. "Siqaretsiz həyat daha gözəldir” layihəsi bizi ilk dəfədən maraqlandırdı, çünki Rüfət ilə birlikdə sağlam həyatın tərəfdarıyıq. Hər zaman çalışmışıq ki, pis vərdişlərdən uzaq olaq, sağlam həyatdan zövq alaq. Odur ki, məmnuniyyətlə bu şüarı əsas tutaraq növbəti yürüşümüzü həyata keçirdik. Biz həm marafondan, həm də Azercell-in keyfiyyətli telekom xidmətindən çox razı qaldıq”.

Layihəyə münasibət bildirən Rüfət Nəcəfli isə bunları dedi: "Bu dəfəki qaçışımız soyuqlara düşsə də, marafondan böyük zövq aldıq. Yolda Azercell Ekspreslərə baş çəkdik, şirkət işçiləri ilə görüşdük, şəkillər çəkdik. Onu xüsusi ilə vurğulamaq istərdim ki, qaçış zamanı bircə dəfə də olsun telefonlarımız bizi darda qoymadılar. Həm zənglərdə, xüsusilə də mobil internetin, GPS xidmətinin istifadəsində Azercell həmişə olduğu kimi yüksək nəticə nümayiş etdirdi.”

Məlumat üçün deyək ki, növbəti yürüş velomarafon olacaq. Gənclər velosipedlə ölkə boyunca yürüş edəcəklər və marafona qatılmaq istəyənləri https://www.facebook.com/Azercell-Marafon-AR-1028786513811611/?fref=ts Facebook səhifəsini izləməyə dəvət edirlər!

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol