• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdəki hadisələr Azərbaycanda turpaketlərin satışını azaltdı

Xaricdəki hadisələr Azərbaycanda turpaketlərin satışını azaltdı
29.05.2020 05:54
Bir çox xarici ölkələrdə ictimai-siyasi vəziyyətin qeyri-sabit olması Azərbaycandan xarici ölkələrə turlar təşkil edən şirkətlərin turpaket satışını da azaldıb.

 Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, əsas azalma həm Şərq, həm də Qərb ölkələri üzrə turlar təşkil edən şirkətlərin turpaket satışında özünü göstərir.

Bu hadisələrin bundan sonra da "getmə turizm"ə öz təsirini göstərəcəyini deyən M.Ağarkərimov bildirib ki, xaricə getmək istəyən Azərbaycan turistlərinin sabit vəziyyəti olan ölkələrə səfər etməsi tövsiyə edilir: "Məsələn, BƏƏ, Çexiya, Polşa, Baltikyanı ölkələr, Sloveniya, Slovakiya və digər ölkələrdə təlatümlər olmadığından vətəndaşlarımız oraya səfər edə bilərlər. Almaniya, Fransa, Belçika və Macarıstanda qacqınlarla bağlı bəzi problemlər yaşanır. Ona görə də turistlərin oraya getməsi məsləhət görülmür”.

M.Ağakərimov hesab edir ki, bu azalma ölkənin daxilində qış turizmi üzrə təşkil edilən turların satış səviyyəsini yüksəldəcək.

Azərbaycanın aparıcı turizm şirkətlərindən olan "Millennium Tourism Lufthansa City Center”in baş direktoru Ruslan Quliyev Trend-ə bildirib ki, Şərqi Avropa ölkələri üzrə turların satışında elə bir dəyişiklik olmasa da, Qərbi Avropa istiqaməti üzrə, xüsusilə Parisə uçmaq istəyənlərin sayı azalıb. Onun sözlərinə görə, xaricə getmək istəyənlərin sayının azalmasına baxmayaraq, Azərbaycanın bölgələrindəki hotellərdə yer bron edənlərin sayı artıb.

"AtaTravel” şirkətinin baş direktoru Vüsal Əliyev isə Trend-ə bildirib ki, baş verən hadisələr daha çox Parisə getmək istəyənlərin sayına təsir göstərib.

Onun sözlərinə görə, Parisdə baş verən hadisələrdən sonra həmin istiqamət üzrə uçmaq istəyənlər istiqamətlərini dəyişiblər və Praqaya üz tutublar.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol