• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Fransa işgüzar görüşü keçirilib

Azərbaycan-Fransa işgüzar görüşü keçirilib
29.05.2020 09:07
Fransanın Mərkəzsizləşdirmə və Dövlət Qulluğu üzrə Nazirliyinin Regionların islahatları məsələləri üzrə dövlət katibi Andre Vallininin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Fransa işgüzar görüşü keçirilib.
 
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan- Fransa Regionlararası Əməkdaşlıq Şurasının yaradılması istiqamətində görülən işlər müzakirə olunub. Bakı Biznes Mərkəzində təşkil olunmuş tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycan və Fransa arasında siyasi, sosial, humanitar və iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin uğurla inkişaf etdiyini, ölkələrimizin əməkdaşlığın, o cümlədən regionlararası əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulanıb. Nazir müavini Sevinc Həsənova Azərbaycanın 12 şəhəri ilə Fransanın 10 şəhəri və 1 vilayəti arasında qardaşlaşma və əməkdaşlığa dair sənədin imzalandığını xatırlanıb.
 
Qeyd edilib ki, Azərbaycanla Fransa arasında əldə olunmuş razılığa əsasən, Regionlararası Əməkdaşlıq Şurasının yaradılması nəzərdə tutulur. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Fransanın Mərkəzsizləşdirmə və Dövlət Qulluğu üzrə Nazirliyi Şuranın yaradılması istiqamətində ardıcıl işlər aparır və bu gün keçirilən işgüzar görüş də Əməkdaşlıq Şurasının yaradılması baxımından əhəmiyyətlidir. Tədbirdə həmçinin, Dağlıq Qarabağda fəaliyyət göstərən Fransa şirkətlərinin, eləcə də Azərbaycan Respublikasının işğal olunmuş rayonları ilə qeyri-qanuni xartiyalar imzalamış Fransanın bəzi vilayət və şəhərlərinin siyahısı Fransanın Mərkəzsizləşdirmə və Dövlət Qulluğu üzrə Nazirliyinin Regionların islahatları məsələləri üzrə dövlət katibinə təqdim edilmiş, bunun beynəlxalq hüquq normalarına zidd olduğu vurğulanıb. Fransanın Mərkəzsizləşdirmə və Dövlət Qulluğu üzrə Nazirliyinin Regionların islahatları məsələləri üzrə dövlət katibi Andre Vallini bu məlumatları Fransa Hökumətinə çatdıracağını bildirib. Fransanın Mərkəzsizləşdirmə və Dövlət Qulluğu üzrə Nazirliyinin Regionların islahatları məsələləri üzrə dövlət katibi Andre Vallini iki ölkənin bölgələri arasında əməkdaşlığın davamlı olaraq inkişaf etdiyini diqqətə çatdırmış, Azərbaycan-Fransa Regionlararsı Əməkdaşlıq Şurasının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Andre Vallini Fransanın bir sıra ölkələrlə bu cür əməkdaşlıq mexanizmlərinin yaradılmasında geniş təcrübəyə malik olduğunu qeyd edib. Sonda Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişaf Departamentinin nümayəndəsi Florian Varailin Regionlararası Əməkdaşlıq Şurasına dair təqdimatı olmuş, Şuranın yaradılmasının hüquqi əsaslarının təşkili, iş mexanizmi və təşkilati-struktur əsasları barədə məlumat verilib. İşgüzar görüşdə əməkdaşlığın genişləndirilməsi üzrə Azərbaycan-Fransa Regionlararası Əməkdaşlıq Şurasının yaradılmasına dair konkret addımlar müzakirə edilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol