• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan birgə nəqliyyat konsorsiumu

Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan birgə nəqliyyat konsorsiumu
30.11.2015 16:23
Bu barədə razılaşma Çin-Türkiyə-Avropa Transxəzər Nəqliyyat Marşrutunun imkanları perspektivlərinin təqdimatı zamanı əldə olunub

Türkiyə, Qazaxıstan, Azərbaycan və Gürcüstanın ən böyük və nüfuzlu nəqliyyat və logistika operatorlarının nümayəndələri İstanbulda görüşüb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, görüş zamanı tərəflər malların Çindən Avropaya daşınması məqsədilə konsorsium yaradılması barədə razılığa gəlib.
Bu barədə razılaşma beynəlxalq nəqliyyat və logistika sərgisi olan "Logitrans" çərçivəsində İstanbulda təşkil edilən "Çin-Türkiyə-Avropa" Transxəzər Nəqliyyat Marşrutunun imkanları perspektivlərinin təqdimatı zamanı əldə olunub.

Konsorsiumun təsisçisi olmağa Çinin "Mishgeng Logistics" şirkəti ilə yanaşı, "KTJ ekspress" ("Qazaxıstan Dəmir Yolları"nın törəmə şirkəti - Report), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və Azərbaycanın "Karvan Logistics" şirkəti, eləcə də "Trans Caucasus Terminals" ("Gürcüstan Dəmir Yolları"nın törəmə şirkəti - Report) hazır olduğunu bəyan edib. Türkiyə tərəfi isə konsorsiumda assosiativ üzvü kimi təmsil olunacaq.

Xatırladaq ki, Transxəzər Nəqliyyat Marşrutunun əsas komponentlərindən biri 2016-cı ildə istismara veriləcəyi planlaşdırılan və ümumi uzunluğu 826 km olan Bakı-Tbilisi-Qars dəmir yolu magistralı olmalıdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol