• $
  • €
  • ₽
  • ₺
  • £

Bank of Baku “İLK Əngəlsiz Karyera Sərgisi”ndə iki iştirakçısına iş təklifi təqdim etdi - FOTOLAR

Bank of Baku “İLK Əngəlsiz Karyera Sərgisi”ndə iki iştirakçısına iş təklifi təqdim etdi - FOTOLAR
01.12.2015 14:36
30 noyabr 2015-ci il tarixində, Bank of Baku son bir ay ərzində icra etdiyi "Məhdudiyyətlərə Meydan Oxuyaq” layihəsinin rəsmi bağlanış mərasimini və Azərbaycanda İLK Əngəlsiz Karyera Sərgisini həyata keçirdi.

Bir çox məqamları ilə yadda qalan bağlanış mərasimində layihə iştirakçıları ilə yanaşı, təlimçilər, KİV nümayəndələri, Bank of Baku-nun və tərəfdaş təşkilatların rəhbər şəxsləri, həmçinin karyera sərgisində iştirak edən şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirin ən böyük sürprizi isə Bank of Baku-nun özündən gəldi, belə ki, iştirakçılardan iki nəfərinə bankın Məlumat Mərkəzində işləmələri üçün rəsmi iş təklifi təqdim olundu. Bununla da, Bank of Baku layihənin təməl məqsədlərindən biri fiziki əlilliyi olan şəxslərin işlə təmin olunmalarında dəstək göstərməklə digər şirkətlər üçün nümunə olaraq xidmət etdi.

Bir ay ərzində keçdikləri təlim mövzuları üzrə iştirakçıların sertifikatla təltif olunmaları ilə yekunlaşan bağlanış mərasiminin ardınca Azərbaycanın İLK Əngəlsiz Karyera Sərgisi rəsmi olaraq açıq elan olundu.

"Fiziki Məhdudiyyət Uğurlu Karyeraya Əngəl Deyil” şüarı altında keçirilən sərgidə 30-a yaxın müxtəlif sahələrdə fəaliyyət göstərən aşağıdakı yerli və beynəlxalq şirkət iştirak etdi: Fireworks HRM, AmCham, Coca-Cola, Synergy Group, Formula 1 – Baku Grand Prix, Paşa Bank, Paşa Sığorta, Atəşgah Sığorta, Halliburton, BOS Şelf MMC, 189 Taxi Xidməti, VTB Bank, Express Bank, Hilton Baku oteli, Jumeirah Bilgah Beach oteli, Veysəloğlu MMC, Avrora, "İntegral” QSC, NOVCO MMC, ANC Group (Rahat Marketlər Şəbəkəsi), Koton, ABC Telekom, Sabah Group, Park Cinema, STmark marketinq və konsaltinq şirkəti, Bank of Baku.

Bununla da ölkədə ilk dəfə olaraq fiziki əlilliyi olan şəxslərin işlə təmin olunmasına geniş imkan yaradıldı.

Sərgi, Fireworks HRM şirkətinin və Hilton Baku otelinin dəstəyilə həyata keçirildi.






www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol