• $
  • €
  • ₽
  • ₺
  • £

SAZZ BakuTel-də

SAZZ BakuTel-də
01.12.2015 17:42
2-5 dekabr tarixlərində Bakı şəhərində keçiriləcək 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları ("Bakutel 2015”) sərgi və konfransı regionun İKT sektoru üzrə ən böyük tədbirlərindən biridir.  Ənənəvi olaraq "Bakı Ekspo Mərkəzində” keçirilən sərgi bu il İKT  bazarının 200-dən çox iştirakçını bir araya toplayacaq. Son beş il olduğu kimi SAZZ 4G brendi altında fəaliyyət göstərən AzQtel şirkətidə bu möhtəşəm tədbirə qoşulacaq. Azərbaycanın ən iri dördüncü nəsil genişzolaqlı simsiz internet xidmətinin provayderi olan SAZZ 4G bu il dünyanın ən müasir və qabaqçıl hesab olunan TDD LTE-Advanced texnologiyasının imkanlarını nümayiş etdirəcək. "BakuTel” sərgisinin ziyarətçiləri məlumatın 1 gb/s qədər sürətlə ötürülməsinə malik olan texnologiyası ilə SAZZ 4G stendində tanış ola biləcəklər.

Bundan başqa, artıq iki ilə yaxın əvvəl bazara təqdim olunan və bir sıra mühüm üstünlükərinə görə qısa zamanda ad qazandıran Sky Port məhsulun yenilənmiş versiysı ilə bağlı ətraflı məlumat əldə edəcəklər. SkyPort Sazz 4G İnternet şəbəkəsinin əhatə dairəsindən asılı olmayan simsiz ayrılmış xətt xidmətidir. Həm yaşayış məntəqələrində, həm də infrastrukturun yetərsiz olduğu ərazilərdə təmin oluna bilən xidmət indi daha güclü və əlverişli oldu. Belə ki, SkyPort məhsulun abunəçiləri saniyədə 5 meqabitdən 100 meqabitə qədər seçilmiş sürətlə sabit internet xidmətindən faydalana bilərlər.

BakuTel sərgisinin ziyarətçiləri arasında "Sazz 4G İnternet” abunəçisi olmaq istəyən bütün şəxslər sərginin davam edəcəyi dörd gün ərzində sərfəli qiymət və şərtlərlə təklif olunacaq paketlər haqqında geniş məlumat almaq imkanına malik olacaqlar.

Son il ərzində Sazz 4G İnternet şirkəti mütəmadi olaraq öz əhatə dairəsini gücünü əhəmiyyətli dərəcədə artırıb. Hazırda Sazz 4G İnternet Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Balakən, Qax, Quba, Qusar, Xaçmaz, Astara, Lənkəran, Lerik və Masallı şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir.

SAZZ brendi 2010-cu ildə AzQtel şirkəti tərəfindən BakuTel sərgisi çərçivəsində bazara təqdim olunub. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol