• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ərzaq məhsulları bahalaşdı

Azərbaycanda ərzaq məhsulları bahalaşdı
04.12.2015 10:24
Azərbaycanda ərzaq məhsullarının, gündəlik təlabat mallarının qiyməti 15-50 faiz aralığında artıb. Qiymət artımı daha çox ərzaq və gündəlik tələbat mallarında hiss olunur. Artıq hər bir sakin gündəlik tələbatlarını ödəmək üçün etdiyi kiçik alış-verişdə bunu hiss edir.
 
ANS əməkdaşının mağazalarda apardığı müşahidələr zamanı məlum olub ki, məhsulların qiyməti onun yerli və ya xarici istehsal olmasından asılı olmayaraq bahalaşıb. Məsələn, əvvəllər 10 qəpiyə olan yumurta indi 15 qəpik olub. Digər məhsullarda da müvafiq artımlar tətbiq olunur.

Bu sahəni araşdıran mütəxəsis Vüqar Bayramlı bildirir ki, hazırda baş verən qiymət artımı ilk devalvasiyanın nəticəsidir. Çünki ölkə iqtisadiyyatı fevral ayında baş verən hadisəyə uyğunlaşa bilmədi.

Mütəxəssis deyir ki, Azərbaycanda daxili istehsal müəssisələri xammal alışını dollar vasitəsilə həyata keçirdikləri üçün, ölkədə istehsal olunan məhsullarda qiymət artımı qaçılmazdır. Vəziyyətdən istifadə edən bəzi sahibkarlar isə qiymətləi suni şəkildə artırır.

Vüqar Bayramlı qiymətlərin bundan sonra artacağını da istisna etmir: "Qarşıdan yeni il gəlir və bayramla əlaqədar qiymətləri yenə artacaq.”

Kənd Təsərrüfatı Nazirliyi isə qeydə alınan bahalaşmanı mövsümlə əlaqələndirir və bu sahədə tənzimləmə işlərini paytaxtda, Xırdalan və Sumqayıt şəhərlərində keçirilən yarmarkaların sayının 10-a qaldırmaqla aparmaq istəyir.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol