"Azərişıq" ASC: Rayonlara elektrik enerjisinin verilməsi bərpa edilib

Ötən gündən etibarən Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində elektrik enerjisinin verilməsi ilə bağlı problemlər əsasən hava verilişi xətlərinin olduğu yerlərdə yaranmışdır və artıq həmin problemlər aradan qaldırılıb.
Bunu "Report"a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayev elektrik enerjisinin kəsintisinin bir neçə rayonda olduğunu qeyd edib: "Dünən təxminən saat 22:00-dan başlayan güclü külək, qar bir çox rayonlarda elektrik dirəklərini aşırdıb. Bu səbəbdən də bəzi rayonlarda elektrikin verilməsində problemlər yaranıb. Belə hallar əsasən Qaradağ, Abşeron, Lənkəran və Gədəbəy kimi rayonlarda baş verib. Hazırda təsərrüfata dəymiş ziyanın məbləği hesablanır".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















