• $
  • €
  • ₽
  • ₺
  • £

Metrodan istifadə edən tələbələrə ŞAD XƏBƏR

Metrodan istifadə edən tələbələrə ŞAD XƏBƏR
15.12.2015 20:37
Bakı Metropoliteni Yeni il ərəfəsində metrodan istifadə edən vətəndaşları sevindirəcək.

ANN.Az-ın ans press-ə istinadən verdiyi məlumata görə, uzun müddətdir inşasına başlanan metronun "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışı yaxın 15 gün ərzində sərnişinlərin ixtiyarına veriləcək.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, bu stansiyanın yeni giriş-çıxışlarında inşa işləri artıq yekunlaşıb. Hazırda burda avadanlıqların quraşdırılması və abadlıq işləri aparılır.

"Elmlər Akademiyası" stansiyasının yeni 4 giriş-çıxışı inşa olunub. Hər çıxışda müasir eskalatorlar quraşdırılıb. Stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektinə, digər ikisi isə Bəxtiyar Vahabzadə küçəsinə çıxacaq. 4 istiqamətə yönələn çıxışlar həm də piyadalar üçün ərazidə yeraltı keçid rolunu oynayacaq", - deyə Nəsimi Paşayev əlavə edib.
 
 
 

Nəsimi Paşayev



Metronun Elmlər Akademiyası stansiyasının 2-ci çıxışının tunelində tikinti işlərinə 2012-ci ilin avqustunda start verilib. Stansiyasının birinci çıxışı ilə ikinci çıxışı arasındakı məsafə 64 metrdir. İkinci çıxışın tikilməsində əsas məqsəd indiyə qədər bir çıxışdan ibarət olan Elmlər Akademiyası metrostansiyasında sərnişin sıxlığının qarşısını almaqdır.

Açılışı çoxdan gözlənilən "Avtovağzal” stansiyasının təhvili isə bir qədər uzanır.

Nəsimi Paşayev stansiyanın gələn ilin ilk yarısında açılacağını söyləyib. Bu stansiyada da son quraşdırma işlərinin görüldüyünü bildirən mətbuat xidmətinin rəhbəri açılışın yubanmasına səbəb kimi ərazidə çökmə prosesinin getməsi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib.

Metropoliten rəsmisi bunun Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində bu yaxınlarda baş verən sürüşmə ilə əlaqədar vətəndaşlar arasında yanlış məlumat olduğunu vurğulayıb. O, metrostansiyanın həmin ərazidən xeyli uzaq məsafədə yerləşdiyini də diqqətə çatdırıb.
 


 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol